Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Antiperspirantların təhlükəsi
Tarix: 08-08-2017 | Saat: 12:20
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər



İsti havadada antiperspirantların istifadəsi xüsusilə aktualdır. Antiperspirantların sayəsində biz özümüzü daha rahat və sərbəst hiss edə bilirik. Lakin...
1. Mütəxəssislər tez-tez antipersirantların ziyanları haqqında danışır. Antiperspirantları hətta süd vəzi xərçənginin inkişafında günahlandırırlar.
Almaniya və İngiltərə alimlərinin fikirinə görə, antiperspirantlardan süi-istifadə edən qadınlarda süd vəzi xərçənginin riski artmış olur. Məsələ burasındadır ki, sprey-dezorantlardan fərqli olaraq antiperspirantların tərkibində alluminium və sink istifadə olunur. Bu maddələr tər vəzilərini bağlayır ki, nəticədə tərin ifrazı dayanır.
Mütəxəssislərin müşahidələrinə görə, allüminium və sink maddələri toxumalarda yığılmaq xüsusiyyətinə malikdir. Alimlərin fikirinə görə, bu da xərçəngin inkişafına səbəb ola bilər. Alimlər süd vəzi xərçəngindən əziyyət çəkən qadınların süd vəzilərinin toxumalarının analizini etdikdə bu toxumalarda allüminiumun sağlam qadınlarla müqayisədə artıq miqdarda olduğunu aşkar ediblər. Alimlər bu araşdırmaları davam etdirməyi planlaşdırır.
2. Antiperspirantlar çox ciddi allergik reaksiyalara səbəb ola bilər. Dəriniz səpibsə və qaşınmağa başlayıbsa, antiperspirantdan dərhal imtina edin.
3. Antiperspirantların digər təhlükəsi hidradenit xəstəliyidir. Bu xəstəlik zamanı qapanmış tər vəzisi iltihablaşır, orada irin yığılır.
Zədələnmiş sahədə əvvəl kiçik düyün (və ya düyünlər) əmələ gəlir, dəri qaşınır, qızarır. Bir neçə gün ərzində düyünlər böyüyür, daha ağrılı olur, irinli proses başlayır. Xəstənin hərarəti qalxır, halsızlıq, zəiflik, baş ağrısı inkişaf edir, zədələnmiş nahiyədə güclü ağrı hiss olunur. Müalicəsiz buraxılmış bu xəstəlik ağır fəsadlar verə bilər (infeksiyanın daha dərin yayılması, hətta sepsis - mikrobların qan axını ilə bütün orqanizm boyu yaılması).
Bu səbəbdən hidradenitin ilk simptomlarında dermatoloqa və ya cərraha müraciət etmək lazımdır. Hidradenitin müalicəsinə xəstəliyin erkən mərhələlərində başlanmalıdır. Hidradenitin müalicəsində antibiotiklərdən istifadə olunur. Həmçinin zədələnmiş sahə tez-tez antiseptik məhlullarla təmizlənməlidir. Bir çox hallarda cərrahi müalicə tətbiq olunur - irinlik yarılır, irın çıxarılır.
4. Tərləmə orqanizmin müdafiə reaksiyasıdır ki, orqanizmdə istinin mübadiləsini təmin edir. İsti havada tər dərini soyudur və bu da bədənimizin normal hərarətinin saxlanmasına kömək edir. Bu təbii prosesə olan müdaxilə çox ziyanlıdır və hətta istivurmaya səbəb ola bilər. Bu səbəbdən mütəxəssislər isti havada və idman məşqləri zamanı antiperspirantdan istifadə etməyi tövsiyə etmirlər.
Alimlər ümumiyyətlə antiperspirantlardan yalnız çox zəruri hallarda istifadə etməyi, digər hallarda tərlə mübarizədə təbii üsullardan (soda, zəy və s.) istifadə etməyi tövsiyə edirlər.


Xəbəri paylaş

7018 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___