Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Moskvada azərbaycanlılarla çeçenlər arasında KÜTLƏVİ DAVA: ölən və yaralananlar var - VİDEO
Tarix: 07-08-2017 | Saat: 20:05
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

Moskvada azərbaycanlılarla çeçenlər arasında KÜTLƏVİ DAVA: ölən və yaralananlar var - VİDEO
Moskva vilayətinin Zelenoqrad inzibati dairəsində azərbaycanlılarla çeçenlər arasında kütləvi dava olub.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, hadisə təxminən səhər saat 5-də çeçenlərin travmatik silahdan atəş açması ilə başlayıb. Toqquşma nəticəsində üç çeçen bıçaq yarası alıb, onlardan biri sonradan xəstəxanada keçinib.
Məlumata görə, münaqişə məişət zəminində yaşanıb. Qarşıdurmadan sonra hadisə yerindən uzaqlaşan azərbaycanlılar çox keçmədən polis tərəfindən saxlanılıb. Avtomobildə 27-32 yaş arası 4 nəfər şəxs olub. Onların üzərinə və avtomobilə baxış zamanı 4 bıçaq, elektroşoker və tapança aşkar edilərək götürülüb.
İstintaq Komitəsinin paytaxt üzrə Baş İdarəsindən məlumat veriblər ki, insan ölümü ilə əlaqədar Rusiya Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü bəndi üzrə (ölümlə nəticələnən ehtiyatsızlıq səbəbindən qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi açılıb.



Xəbəri paylaş

6018 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___