İdmançımızda dopinq aşkarlandı- Rəsmi açıqlama
Tarix: 28-06-2015 | Saat: 15:48
Bölmə:Karusel / İdman / M2 / Fotogalereya | çapa göndər
“Azərbaycanı təmsil edən atlet Çaltu Bejidən götürülmüş dopinq-testin Rusiyanın paytaxtı Moskvada aparılmış analizinin nəticəsi müsbət olub”
Xeberaz.az xəbər verir ki, bu barədə report-a Gənclər və İdman Nazirliyinin Dopinqə qarşı mübarizə sektorunun müdiri İradə Rüstəmzadə məlumat verib.
Onun sözlərinə görə, iyunun 21-də çıxış etdiyi 3000 metr məsafəyə qaçış yarışında birinci yeri tutmasından dərhal sonra PWS şirkətinin mütəxəssisləri Bejidən dopinq analizi götürüb. İ.Rüstəmzadə müayinə nəticəsində həm A, həm də B testinin müsbət nəticə verdiyini bildirib. 19 yaşlı efiopiyalı legionerdə "osterin" maddəsi aşkarlanıb.
İ.Rüstəmzadə deyib ki, Bejini 4 ilədək cəza gözləyir. Bununla yanaşı, olayın səbəbkarlarının aşkarlanması üçün araşdırma aparılacaq. Nazirlik rəsmisi günahı sübut olunanların cəzalandırılacağını bildirib.
Qeyd edək ki, bu, I Avropa Oyunlarında ikinci dopinq qalmaqalıdır. Daha öncə Albaniya millisinin boksçusu Reşildo Zeneli dopinq-testdən keçə bilmədiyi üçün Oyunlardan kənarlaşdırılıb.
Xəbəri paylaş
6448 dəfə oxunub.
Digər xəbərlər

8-04-2020, 12:35
Rayon və şəhərlər üzrə işsiz şəxslərin qeydiyyata alınmaları üçün elektron qaydada müraciət günləri
24-07-2019, 03:21
Azyaşlıya qarşı soyğunçuluq edən şəxs SAXLANILDI
27-10-2023, 19:51
Qızıl kəskin bahalaşdı - Qiymət artımı davam edəcək?
16-06-2016, 14:23
Bakıda bu marşrut yenidən açıldı
20-03-2015, 00:19
Röya oğlunun sevdiyi qıza üzük taxdı
2-07-2015, 13:01
EBRU YAŞARIN BAL AYINDAN FOTOLARI
23-05-2021, 00:07
Mingəçevir şəhərində Şəhidin adına xatirə bulağı açıldı-FOTO
18-06-2017, 08:55
Günəş ləkələrinə qarşı maska – EVDƏ HAZIRLAYIN
9-03-2017, 14:54
FİFA reytinqi açıqlandı: Yığmamız 8 xal itirdi