Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Mən heç vaxt yaxşı olmayacağam”- Rafiq Hüseynov
Tarix: 07-08-2017 | Saat: 17:24
Bölmə:Karusel / Gündəm | çapa göndər


“Haradasa avqustun 20-dən sonra yenidən Türkiyəyə getməliyəm. Həkimlər daha bir dəfə əməliyyat olunmağımı bildirirlər. Ayın 20-dən sonra  orada mütləq əməliyyat olunmalıyam”.
 
Bunu açıqlamasında xalq artisti, tanınmış diktor Rafiq Hüseynov bildirib. Bir neçə ildir ki, onkoloji problemdən əziyyət çəkən diktor bağırsaq və ayaq nayihələrində də problem yaşayır. Elə sonuncu əməliyyatı da bağırsağında aparılıb.
 
Rafiq Hüseynov müalicənin müsbət nəticə verəcəyinə inansa da, ümumilikdə, lap yaxşı olacağına inanmır:
 
“Hamıya deyirəm, bundan sonra mən heç  vaxt yaxşı olmayacağam. Heç kimə deyə bilmərəm ki, yaxşıyam. Məndə bir xəstəlik deyil ki, bir neçə xəstəlikdir.
 
71 yaşım var, ayaqlarım xəstə, başım gicəllənir. O qədər şeylər var ki... Amma madam ki, əməliyyat olunmağı deyiblər, deməli, nəyəsə inanırlar”.
 
Qeyd edək ki, xalq artisti Rafiq Hüseynov  əsasən ağ ciyər xərçəngindən müalicə olunur və bu səbəbdən  Türkiyədə əməliyyat da edilib.


Xəbəri paylaş

6128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___