Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Ailəmin 6 üzvünü eyni gündə itirdim" - azərbaycanlı aparıcı
Tarix: 07-08-2017 | Saat: 17:11
Bölmə:Karusel / Şou-Biznes / Fotogalereya | çapa göndər

"Ailəmin 6 üzvünü eyni gündə itirdim" - azərbaycanlı aparıcı

“Hadisə hamının başına gələ bilər, hamı qəza törədə bilər. Amma bunu içkili, avara, gözü ayağının altını görməyən edirsə, bir gülləsi əskikdir. Bir gündə 51 yaşında ananı, 23 yaşında nişanlı qardaşı, 29 yaşında 6 və 7 yaşlı iki gül balasıyla birgə bacını və başqa bacımın 5 yaşlı uşağını itirdim”.
 
Xəbəraz.Az oxu.az-a istinadən xəbər verir ki, bu haqda “Space” telekanalının məşhur aparıcısı Zamirə Dadaşova sosial şəbəkədə yazıb. Z.Dadaşova deyir ki, hər dəfə məzarlığa yox, sanki bir evə gedir: 

“6 nəfəri bir gündə dəfn etdim, özüm də 7 aylıq hamilə idim, artıq gücüm yoxdur. 13 il öncə avqustun 7-də aldığım acı xəbərlə həyatım alt-üst oldu. Allah qoysa, iki ay sonra oğlumun 13 yaşı olacaq. Zaman heç nəyi həll etmir. Çox darıxıram. Heç kimə hiss etdirməsəm də, gülsəm də, danışsam da, əylənsəm də içim özümü, çölüm özgəni yandırır. İnsan məhv olur, içi göynəyir, ürəyi parçalanır, nəfəsi çatmır, boğulur. Hər gün əylənib, dostlar ətrafında olub içərəm ki, heç nəyi düşünməyim. Bu durumda ya dəli olmalısan, ya sərxoş... Ya da ölmək lazımdır. Heç biri də olmur ki, rahatlayasan. Çox pisəm, çox... Hər dəfə məzarlıqdan ölüb qayıdıram”. 




Xəbəri paylaş

8388 dəfə oxunub.

Digər xəbərlər
5-05-2018, 09:38 Xalq artisti vəfat etdi

bütün xəbərlər
____ Instagram ___