Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Trampın birinci xanımı: “Türkləri sevirəm”
Tarix: 04-08-2017 | Saat: 17:03
Bölmə:Karusel / Maraqlı | çapa göndər



Amerika Prezidenti Donald Trampın əvvəlki həyat yoldaşı, teleulduz Marla Maplesin Türkiyənin gerçək pərəstişkarı olduğu ortaya çıxıb.

“Amerikanın səsi”nə danışan xanım Maples deyib ki, çoxlu sayda türk dostları var.
Modellik karyerasına Türkiyə istehsalı olan neylon corab markasının reklamı ilə başladığını xatırladan Maples “Jan Pol Ataker” moda evinin sahibləri, əslən Türkiyədən olan Numan və Kərim qardaşlarına yoldaş olduğunu, onların sayəsində Türkiyəni sevdiyini söyləyib.
Nyu Yorkda təşkil edilən Amerika-Türk Cəmiyyətinin qala gecəsinə qatılan Maples deyib ki, onu bu tədbirə dostu Numan və Kərim dəvət edib: “Tez bir müddətdə Türkiyəyə səfər etmək istəyirəm. Türkiyə nağıllar ölkəsidir. Ömrüm boyu bu ölkəni ziyarət etmək istəmişəm. Türklər də böyük insanlardır. Burada çoxlu sayda uğurlu türklər yaşayır. Belə dəvətlər sayəsində türk dostlarımın sayı çoxalır”.
Məlumat üçün deyək ki, ABŞ Prezidenti Donald Tramp Mapleslə 1993-cü ildə ailə həyatı qurub, həmin il də boşanıblar. Cütlüyün bir qızı var.


Xəbəri paylaş

6328 dəfə oxunub.

Digər xəbərlər
17-05-2017, 12:42 Sabahin havası
22-03-2016, 10:28 Bakıda saç biznesi - FOTO
16-07-2016, 11:15 Ağdamda zəlzələ olub

bütün xəbərlər
____ Instagram ___