“Hadisəyə obyektiv qiymət veriləcək” - General “Gelandewagen” qəzası haqda
Tarix: 04-08-2017 | Saat: 14:20
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov ötən gecə paytaxtın Heydər Əliyev prospektində baş verən avtomobil qəzası hadisəsinə qısa münasibət bildirib.
“Xəbəraz.Az” xəbər verir ki, general R.Zeynalov “ölkə.Az”-a açıqlamasında hazırda Bakıda olmadığını söyləyib: “Hazırda cənab Prezidentin iştirak etdiyi tədbirdəyəm, danışa bilmirəm. Ötən gün baş verən hadisə ilə əlaqədar da geniş məlumatım yoxdur. Çünki tədbirdə olmuşam. Hadisənin baş vermə səbəbləri Bakı şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırılır. Şübhəsiz ki, araşdırıldıqdan sonra məsələyə obyektiv qiymət veriləcək”.
Xatırladaq ki, ötən gecə paytaxtın Heydər Əliyev prospektində ağır yol qəzası baş verib. Qəza nəticəsində “Mercedes Gelandewagen” markalı avtomobilin sürücüsü Mehdi Əliyev və piyada Vaqif Əsədov hadisə yerində keçiniblər.
Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları – Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Baş vermiş qəza hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Onu da bildirək ki, qəzadan sonra hadisənin təfərrüatı məlum olub. Belə ki, qəzaya uğrayanlardan biri Baş nazirin müavini, “Qaçkınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevdir. Qəzaya uğrayan “10-PP-203” dövlət qeydiyyat nişanlı “Mercedes Galendevagen” avtomobili də Əli Həsənovun nəvəsinə məxsusdur.
Xəbəri paylaş
7988 dəfə oxunub.
Digər xəbərlər

11-10-2016, 11:08
Hər gün 1 xurma yemək üçün 7 SƏBƏB
1-07-2015, 19:42
Akula 10 min dollarlıq kameranı belə uddu (VİDEO)
3-12-2021, 21:06
Keçmiş MTN generalını həbsxanada belə sındırdılar – ŞOK VİDEO
9-11-2019, 12:11
22 dərəcə isti olacaq - Bazar günü
28-07-2017, 11:58
İslam Kərimovun qızının həbsi ilə bağlı TƏFƏRRÜAT - Milyardlıq cinayət
21-05-2017, 14:03
Azərbaycanda "exchange" açmaq istəyənlərin NƏZƏRİNƏ
13-12-2016, 12:12
Oteldə başqa kişi ilə görüşən arvadını öldürdü - MASALLIDA
26-02-2017, 22:42
Həmsədrlər: "Bəzi meyitlər neytral zonada qalıb"
13-05-2015, 01:45
Heydər Əliyev Fondunun vitse-prezidenti ağacəkmə aksiyasında - FOTO
27-11-2022, 11:28
Yumurtanın 1 ədədi 1 MANAT - Yanvar ayına HAZIRLAŞIN