Yunanıstanda xalq bankomatlara hücum edib
Tarix: 28-06-2015 | Saat: 13:31
Bölmə:Karusel / Dünya / M2 / Foto-fakt | çapa göndər
Uzun növbələr yaranıb.
Yunanıstan parlamenti iyunun 28-nə keçən gecə çağırılmış təcili plenar iclası zamanı iyulun 5-də referendumun keçirilməsi təklifini ratifikasiya edib. Referendumda seçicilər ölkənin kreditorlar tərəfindən irəli sürülmüş şərtləri qəbul edib-etməyəcəyinə münasibət bildirəcəklər.
Xeberaz.az AzərTAc-a istinadla xəbər verir ki, Yunanıstanda, hökumətin, kreditorların bu ölkəyə nağd pul axınının bərpa edilməsi müqabilində irəli sürdüyü şərtləri xalq səsverməsinə təqdim etmə qərarı Avropa tərəfdarı olan müxalifət partiyalarının sərt reaksiyalarına səbəb olarkən, qərarın açıqlanması ilə minlərlə vətəndaş pul çəkmək üçün bankomatlara hücum edib. Başda paytaxt Afina olmaqla ölkənin bütün şəhərlərindəki bankların önündə gecə saatlarından etibarən uzun növbələr yaranıb. Əmanəti olan vətəndaşlar bacardıqca daha çox pul çıxarmağa çalışırlar.
Qeyd edək ki, Avrozona ölkələrinin maliyyə nazirləri Şurası (Avropa Qrupu) Yunanıstan və onun kreditorları arasında razılaşmaya növbəti dəfə nail olmaq məqsədilə ötən gün Brüsseldə növbədənkənar toplantı keçirib. İclasda Yunanıstanda büdcə qənaəti və islahatlar proqramı müzakirəyə çıxarılıb. Kreditorlarla razılaşmaya nail olunacağı təqdirdə ölkə əlavə beynəlxalq kreditlər almaq imkanı əldə edəcəkdi. Hazırda Yunanıstanın Avrozona tarixində ilk dəfə suveren defolta uğraması və valyuta birliyini tərk etməsi riski var.
Xəbəri paylaş
6508 dəfə oxunub.
Digər xəbərlər

1-06-2023, 16:13
Başına qəfəs keçirdi, kilidini həyat yoldaşına verdi
25-02-2017, 19:27
Nazirlik: Ermənilərin atəş nöqtəsi məhv edilib, düşmən itkilərə məruz qalıb - FOTO - VİDEO
17-05-2016, 22:39
Ramil Həsənov Qətərə getdi
13-07-2015, 12:13
Evini ermənilərin topla vurdu: "Mənim evim post idi..." - VİDEO
16-02-2017, 12:46
Ərdoğan ümrə ziyarətində - FOTO
24-07-2017, 12:04
Bakıda ərəb turist icarəyə götürdüyü lüks avtomobili bu vəziyyətdə qaytardı (VİDEO)
30-06-2015, 15:23
Qambiya prezidenti Yaya Camme (Yahya Jammeh) ölkədə bütün geylərin boğazını kəsmək ilə hədələyib,
9-05-2016, 16:36
Gəncədə daha bir qətl törədilib
16-03-2016, 11:58
Yeni sensasiya: yadplanetlilərin gəmisi tapıldı? - VİDEO - FOTO
22-04-2017, 17:40
Mərakeşli nazir Azərbaycana gələcək