Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ABŞ Fələstinə maddi yardımlarını dayandıracaq
Tarix: 04-08-2017 | Saat: 13:49
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər

ABŞ Fələstinə maddi yardımlarını dayandıracaq
ABŞ Senatının Xarici Münasibətlər Komitəsi ABŞ-ın Fələstinə etdiyi maddi yardımları təxirə salmağı nəzərdə tutan qanun layihəsini təsdiq edib.
Layihə Fələstin rəhbərliyinin İsrail həbsxanalarındakı məhkumlara və İsrailin Təhlükəsizlik Qüvvələri tərəfindən öldürülənlərin ailələrinə verdiyi dəstək dayandırılana qədər Fələstinə maddi yardımların təxirə salınmasını ehtiva edir.
Layihəyə keçən il Təl Əviv şəhərində bir fələstinli tərəfindən bıçaqlanaraq öldürülən 29 yaşlı amerikalı tələbə Taylor Forsun adı verilib.
Bu layihəyə qarşı çıxan senatorlar maddi yardımların kəsilməsinin Fələstində daha çox yoxsulluğa və qeyri-sabitliyə səbəb olacağını, bununla şiddətin artacağını bildirib.
Cənubi Karolina və Tennesse əyalətlərinin senatorları tərəfindən hazırlanan layihə qanuniləşdirilməsi üçün senatın və Təmsilçilər Məclisinin rəyini almalıdır.
Fələstinin ABŞ nümayəndə heyəti təmsilçisi Hüsam Zomlot layihəni yanlış və zərərverici adlandırıb. O, sözügedən yardımın 52 ildir davam etdiyini xatırladıb:
“Bu proqram İsrailin haqsız yerə öldürdüyü və ya həbs etdiyi fərdlərin ailələrinə dəstək vermək üçün mövcuddur. Bu yardım insanımıza verməyimiz lazım olan sosial və təhlükəsizlik ehtiyaclarına xidmət edir. Uşaqlara daha yaxşı bir gələcək qarantisi verir və ehtiyac sahiblərini ətrafımızdakı radikal qrupların təsirindən qoruyur”.


Xəbəri paylaş

5698 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___