Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Güzəştli mənzil almaq istəyənlər üçün daha bir YENİLİK
Tarix: 03-08-2017 | Saat: 17:39
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm / M2 | çapa göndər

Azərbaycan Prezidentinin 24.05.2017-ci il tarixli 1418 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Güzəştli mənzil” sistemi haqqında Əsasnaməyə uyğun olaraq mənzillərin əldə edilməsi üçün müraciət gücləndirilmiş elektron imza ilə mümkündür.
Çoxsaylı müraciətləri nəzərə alaraq, güzəştli mənzil almaq istəyən vətəndaşların rahatlığını təmin etmək və əlavə vaxt itkisinin qarşısını almaq məqsədilə Elektron İmzanı (www.e-imza.az) “ASAN xidmət” mərkəzlərində "MİDA" MMC-nin "Güzəştli mənzil" xidməti pəncərələrindən də sifariş edərək almaq imkanı yaradılıb.


Bu barədə MİDA-nın İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumatda bildirilib.
 
Bu xidmət vətəndaşlara Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Məlumat Hesablama Mərkəzi ilə birgə təqdim edilir. “Elektron hökumət” portalında (www.e-gov.az) yerləşən “Güzəştli mənzil” sistemi vasitəsilə qeydiyyatdan keçmək, həmçinin güzəştlə mənzil əldə etmək hüququ təsdiq olunduqdan sonra şəxsi elektron kabinetinə daxil olmaq və mənzil seçmək üçün tələb olunan Elektron İmza 03.08.2017-ci il tarixindən etibarən Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən və Sumqayıt “ASAN xidmət” mərkəzindən də əldə oluna bilər.
“Güzəştli mənzil” sisteminə dair sualları cavablandırmaq, şəxsi elektron kabinetin yaradılmasında, həmçinin Elektron İmzanın alınmasında köməklik göstərmək məqsədilə “ASAN xidmət” mərkəzlərində "Güzəştli mənzil" pəncərələri davamlı olaraq vətəndaşlara xidmət göstərəcək.
“Güzəştli mənzil” sistemindən “Elektron imza” və ya “Asan imza” vasitəsi ilə istifadə vətəndaşların fərdi məlumatlarının mühafizəsini və "Elektron hökumət" portalı vasitəsilə aparılan əməliyyatların dəqiq və təhlükəsiz həyata keçirilməsini təmin edir. Elektron imzaya sahib olan vətəndaşlar “Güzəştli mənzil” sistemi ilə yanaşı "Elektron hökumət" portalında təmsil olunan digər dövlət orqanlarının təqdim etdiyi xidmətlərdən də rahat şəkildə yararlana bilərlər.


Xəbəri paylaş

7508 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___