Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Lənkəranda 6 günlük Mələyi öldürən nənəsi imiş - YENİLƏNİB
Tarix: 03-08-2017 | Saat: 15:32
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər


Lənkəranda 6 günlük körpənin kim tərəfindən öldürülərək quyuya atıldığı məlum olub. Xəbəraz.Az  Report-a istinadən xəbər verir ki, körpənin nənəsi Atifə Nurullayeva istintaqa ifadəsində nəvəsini öldürərək quyuya atdığını etiraf edib.
A.Nurullayeva istintaqa ifadəsində körpənin yatan yerdə bədəninə iynələr yeritdiyini deyib. O, etdiyi cinayətin səbəbini də açıqlayıb. Bildirib ki, ailənin ikinci övladı da qız olub və o, qız deyil, oğlan nəvəsi istəyib. "Buna görə də qızı öldürdüm", - A.Nurullayeva ifadəsində bildirib.
A.Nurullayeva öldürülən körpənin nənəsi olmaqla yanaşı, həmçinin körpənin anasının xalası olub.
Qeyd edək ki, hadisə ilə bağlı DİN də rəsmi məlumat yayıb. Rəsmi  məlumatda bildirilib ki, iyulun 30-da saat 6.03 radələrində Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyev DİN-in “102 Zəng Mərkəzi” nə zəng edərək yaşadığı evdə uşaq arabasında olan 5 günlük qızının yoxa çıxmasını bildirib.
Həmin gün saat 6.31 radələrində Ş.Nuriyev təkrarən zəng edərək uşağın meyitinin həyətindəki su quyusunda olmasını bildirib.
Hadisə yerinə gələn Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən uşağın meyiti su quyusundan çıxarılıb.
Faktla əlaqədar cinayət işi başlanılıb.
 
 
*****
 
1 iyun
 
Lənkəranda 6 günlük körpənin quyuya atılaraq öldürülməsi ilə bağlı ekspertizanın rəyi avqustun 20-dək məlum olacaq. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsindən bildirilib ki, iyulun 29-da Darquba kəndində altı günlük Nurullayeva Mələk Şaiq qızının meyitinin evin həyətindəki quyudan tapılmasından sonra müvafiq ekspertizalar təyin edilib və körpənin bədəninin müxtəlif orqanlarından nümunələr götürülüb. Meyitin vizual müayinəsi zamanı bədənin bəzi nahiyələrində xırda qızartılar aşkarlanıb. Daha sonra isə körpənin döş qəfəsi boşluğunda 2 məişət iynəsi aşkarlanıb.
 
Şöbədən bildirilib ki, körpənin konkret hansı səbəbdən öldüyünü demək hələlik mümkün deyil. Ekspertiza rəyi açıqlanandan sonra Mələyin onun bədəninə batırılan iynənin təsiri ilə, yaxud daha əvvəl və ya quyuya atılandan sonra vəfat etməsi tam qətiləşəcək.
 
Həmçinin qeyd edilib ki, körpənin cəsədi iyulun 30-da ailəsinə təhvil verilib və o dəfn edilib.
 
Ölüm faktı ilə bağlı başlanmış cinayət işi ilə əlaqədar olaraq artıq körpənin ata-anası prokurorluğa dəvət edilib və onların ifadələri alınıb. Hələlik faktla bağlı saxlanılan yoxdur.
 
Qeyd edək ki, ilkin məlumatda körpənin anası övladının səhər saatlarında oğurlandığını bildirib. Yuxudan oyanan qadın körpəni görmədiyindən yaxınlarını xəbərdar edib, ailə üzvləri bu barədə polisə məlumat veriblər. Hadisə zamanı evdə qaynana və körpənin atası da olub. Daha sonra körpənin cəsədi həyətdəki quyuda aşkar edilib.
 
M.Nurullayeva ailənin ikinci qız övladı olub.


Xəbəri paylaş

6278 dəfə oxunub.

Digər xəbərlər
31-07-2015, 11:26 PKK qana doymur

bütün xəbərlər
____ Instagram ___