Abituriyentlərin yarısı 200 baldan AZ TOPLADI - FOTO
Tarix: 03-08-2017 | Saat: 10:57
Bölmə:Karusel / Gündəm / Təhsil / Foto-fakt | çapa göndər
Bu il də qəbul imtahanlarının nəticələrində müsbət dinamika var.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilib ki, Dövlət İmtahan Mərkəzinin Təhsil Nazirliyinə təqdim etdiyi ilkin məlumata əsasən, 2017-2018-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri məlum olub.
2017-2018-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında 70.797 nəfər iştirak edib. İmtahanlarda iştirak edən abituriyentlərin qruplar üzrə sayı I ixtisas qrupu üzrə 28.007, II ixtisas qrupu üzrə 19.858, III ixtisas qrupu üzrə 18.099, IV ixtisas qrupu üzrə 4.833 nəfər olub.
Ötən illərlə müqayisədə qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı azalsa da, 200-dən artıq bal toplayan abituriyentlərin mütləq sayı artıb. 2017-2018-ci tədris ili üçün qəbul imtahanlarının nəticələrində müsbət dinamika müşahidə edilir. Belə ki, bu il qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı cari ildə 35.790 nəfər ( 50.6 faiz) təşkil edib ki, bu da ötən illə müqayisədə 6.7 faiz, 2015-ci ildəki göstəricidən 10.6 faiz, 2014-cü ildəki göstəricidən 11.3 faiz artıqdır. 2016-cı ildə 200-dən yuxarı bal toplayanların sayı 34.475 nəfər, 2015-ci ildə 33.198 nəfər, 2014-cü ildə isə 32.159 nəfər təşkil edib.
Bu il qəbul imtahanlarında 2464 nəfər 600 baldan yuxarı nəticə göstərib. Ötən il bu rəqəm 2281, 2015-ci ildə 2094, 2014-cü ildə isə 1725 nəfər təşkil edib.
Nazirlikdən bildirilib ki, son tədris ilində ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə keyfiyyət göstəriciləri də xeyli artıb. Belə ki, qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyənlərin sayı I ixtisas qrupu üzrə 6.6 faiz, II ixtisas qrupu üzrə 4.6 faiz, III ixtisas qrupu üzrə 7.8 faiz, IV ixtisas qrupu üzrə 10.9 faiz artıb.
Xəbəri paylaş
6818 dəfə oxunub.
Digər xəbərlər

30-11-2017, 11:08
Yeniyetmələr arasında depressiya və intihar halları bu səbəbdən artıb
8-07-2016, 10:58
Həkimlər məşhur müğənninin gənc qohumunu öldürdü - Foto
5-12-2022, 13:05
Dəhşətli qətldən əvvəl 16 yaşlı Turan Ruslanla nəyin mübahisəsini edib? - ŞOK DETALLAR
13-09-2018, 11:26
Günü-gündən artan nüfuzu və şöhrəti bəzi qüvəllər tərəfindən qısqanclıqla qarşılanır
11-07-2017, 12:08
Vüsalə: "Həyatımın gerçəkləşən Diləyi"
21-03-2017, 20:57
And içib ömrünün sonunadək bakirə qalanlar: "Biz kişi kimiyik" - FOTO
20-08-2016, 21:51
Azərbaycanlı model ilk dəfə komedik janrlı filmə çəkilir – FOTO
29-04-2016, 12:25
Cinayət Məcəlləsində vəzifəli şəxslərlə bağlı YENİ MADDƏ
11-04-2015, 17:39
Deputat generalın öz oğlunu tutdurmasının təfərrüatlarını açıqladı
1-06-2020, 14:03
Azərbaycan Premyer Liqasının yeni təqvimi açıqlandı - RƏSMİ