Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bürclərə görə kişilərin ən çox arzuladığı və evlənmək istədiyi qadın tipləri
Tarix: 03-08-2017 | Saat: 10:15
Bölmə:Karusel / Qoroskop | çapa göndər

“Arzularıdakı kişinin xoşuna gəlmək üçün nə edim?” sualı istisnasız olaraq bütün qadınları narahat edir! Hər bir qız gözəl, maraqlı, cazibədar və valehedici olmaq istəyir. Amma çox az adam bilir ki, astroloqlar artıq bu məsələni araşdırıb və müxtəlif kişi zodiak işarələrinin qadınlarda axtardığı əsas keyfiyyətləri müəyyən edib.
Oxucuları kişi bürclərin xoşuna gələn qadın tipləri ilə tanış edib.
Qoç (21 mart - 19 aprel)
Belə kişilərin güclü və müstəqil qadınlardan xoşu gəlir. Qadının nailiyyət və uğurları nə qədər çox olarsa, Qoçlar onu bir o qədər çox sevəcək və arzulayacaq. Qoç bürcləri intellektual qadınları çox bəyənir. Bütün bunlar onlar üçün bir növ afrodizyakdır.
Buğa (20 aprel - 20 may)
Buğa kişilərinin diqqətini isə şən və zərif qızlar cəlb edəcək. Qadın gərək onu təəccübləndirsin, onda hər şey yaxşı olacaq!
Əkizlər (21 may - 20 iyun)
Onlara yüksək intellektə malik, yaradıcı və yumor hissi güclü olan qızlar lazımdır. Təəccübləndirə bilən, maraq oyadan və özünə heyran qoya bilən qadınlar onlar üçün əvəzolunmaz olacaq.
Xərçəng (21 iyun -22 avqust)
O, maksimum məsum və saf olmalıdır ki, tamamilə ona aid olsun. Xərçəng kişiləri sevdiyi qızı himayə etdiyini, onu qoruduğu sözün əsl mənasında hiss etmək istəyir.
Şir (23 iyul - 22 avqust)
Şirlərə cazibədar və özünə inamı güclü qadın lazımdır. Onun makiyajı ideal və qüsursuz, saçları isə sadəcə valehedici olmalıdır. Onun ağıllı, gülməli və təcrübəli olması da vacib şərtlərdən biridir.
Qız (23 avqust - 22 sentyabr)
Bu bürcün kişi nümayəndələri ideal qız arzulayır. O, həm gözəl və ağıllı olmalı, həm də özünə qiymət verməyi bacarmalıdır. Eyni zamanda Qız bürclərinin tərəf müqabili emosional və öz hisslərindən həddən artıq asılı olmalı deyil. Çünki Qız bürcünün kişiləri buna dözə bilməz!
Tərəzi (23 sentyabr - 22 oktyabr)
Belə kişilər ideal münasibətlərə inanır və həmişə bunun üçün çalışırlar. Onlar ideal partnyor tapanda münasibətlərin çiçəklənməsi və inkişaf etməsi üçün hər şeyi edəcək. Bəd xəbər yalnız ondadır ki, emosional və intellektual baxımdan onlara uyğun gələn tərəf müqabilini tapmaq çox çətindir.
Əqrəb (22 noyabr – 21 dekabr)
Hər şeydə ən yaxşı olmaq onların xoşuna gəlir, sevdikləri qızların bənzərsiz olması onlar üçün şərtdir! Belə qadın ağıllı, seksual, ehtiraslı və müstəqil olmalıdır.
Oxatan (22 noyabr 21 dekabr)
Oxatanların qadınları enerjili, stimullaşdırıcı və həyəcanlı olmalıdır. O, öz tərəf müqabilində daim maraq doğurmalı və onu təəccübləndirməlidir.
Oğlaq (22 dekabr - 19 yanvar)
Oğlaqların qadınları özünə əmin, amma elə də çox inadlı olmalı deyil. Onun öz həyatı, karyerası, maraqları, arzuları və sevdiyi kişi ilə paylaşa biləcəyi hobbiləri olmalıdır. Oğlaqlar şəxsi imkanları qiymətləndirir.
Dolça bürcü (20 yanvar - 18 fevral)
Onlara ətrafdakı insanların fikirlərinə əhəmiyyət verməyən qadınlar lazımdır. Onlar partniyorunu cəlb etmək üçün öz nöqteyi-nəzərini həmişə qoruyur.
Balıq (19 fevral - 20 mart)
Belə kişilər sevməyi sevirlər. Bəli, onların qadını mülayim, xeyirxah, səxavətli, xoşxasiyyət, zərif və incəsənəti qiymətləndirməyi bacarmalıdır.
Bu zodiak məsləhətləri sizə xoşbəxtlik istiqamətinizi düzgün vektor üzrə seçməyə kömək edəcək!

(publika)


Xəbəri paylaş

1 3438 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___