Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dərini təravətləndirən, qırışlara qarşı mübarizə aparan giləmeyvə - SİZİN SAĞLAMLIĞINIZ ÜÇÜN
Tarix: 02-08-2017 | Saat: 14:07
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

b_520_0_16777215_0___images_stories_006IYUL_eee1501610884.jpeg
Mütəxəssislərin qənaətinə görə qara qarağat insan sağlamlığı üçün ən faydalı giləmeyvələrdən biridir.
Elə bunun nəticəsidir ki, xalq təbabətində qara qarağatdan bir çox xəstəliklərin müalicəsində istifadə olunur.
Sağlamlıq mövzusu ilə bağlı növbəti yazıda qara qarağatın faydaları haqqında yazını təqdim edirik.
Gün ərzində 15-20 ədəd qara qarağat yeməklə orqanizmin gündəlik C vitamininə olan tələbatını ödəmək olar. Belə ki, qara qarağat tərkibində olan C vitamininin zənginliyi ilə digər bitkilərin arasında liderlik edir.
Bununla yanaşı qarağat A, D, E, K, B qrup vitaminlərlə, sellüloz, pektin, üzvi turşular, kalium, kalsium, maqnezium, natrium, fosfor, dəmir, yod, kobalt, manqan, mis, molibden, ftor və sinklə zəngindir.
Belə zəngin tərkibi ilə qara qarağatın orqanizmə hansı faydaları var?

1. Qarağatdan istifadə sayəsində insanda ürək-damar xəstəliklərinin yaranması ehtimalı azalır, ürək-damar sistemi möhkəmlənir
2. Arterial təzyiq normaya düşür
3. Qanın tərkibi yaxşılaşır
4. Şəkərli diabetin inkişaf riski azalır
5. Görmə qabiliyyətinə müsbət təsir göstərir
6. Qaraciyər və böyrək xəstəliklərinin müalicəsini sürətləndirir
7. Dərini təravətləndirir, qırışlara qarşı mübarizə aparır
8. Ahıl yaşlı insanlarda əqli zəifləmənin sürətini azaldır
9. Onkoloji xəstəliklərin profilaktikası üçün effektli vasitədir
10. İltihabi prosesləri götürür, mövsümi soyuqdəymələrdən qoruyur
11. Ən güclü təbii antioksidantlardan biri sayılır
12. İmmuniteti gücləndirir, orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır
Digər faydalı qida məhsulları kimi qara qarağatdan da qədərində istifadə olunmalıdır. Nəzərə alınmalıdır ki, bu bitkidən qədərindən artıq istifadə edildikdə qan laxtalanmasına səbəb ola bilər.
(modern.az)


Xəbəri paylaş

5928 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___