Aişə qoşulub qaçdığı oğlandan 6 ay sonra ayrılıb ata evinə qayıtdı, öldürüldü - VİDEO
Tarix: 31-07-2017 | Saat: 12:19
Bölmə:Karusel / Hadisə / Dünya / Xəbəraz TV | çapa göndər
Türkiyənin Toka rayonunun Erbaa mahalında 17 yaşlı Aişə adlı qız keçmiş sevgilisi tərəfindən amansızlıqla qətlə yertirilib.
Ayrılığı həzm edə bilməyən 32 yaşlı Sinan Çələbi qızı atasının gözləri qarşısında 6 yerindən bıçaqlayıb.
Hadisə saat 11:00 radələrində mahalın 40 kilometrliyindəki Gökal qəsəbəsində baş verib. Saniyə və Əli Osman cütlüyünün iki uşağından biri olan Ayşe Meşe valideyinləri ilə birlikdə qəsəbədə yeni açılan bazarda alver etməyə gedib.
Alver edən ata və qızını təqib edən 32 yaşlı Sinan Çələbi özüylə gətirdiyi çörək bıçağıyla bazarda Ayşe Meşeyə hücum edib. Sinəsindən və qarnından 6 bıçaq zərbəsi alan gənc qız hadisə yerində həyatını itirib.
Sinan qızına kömək etməyə çalışan ata Əli Osman Meşeni də bıçaqla yaralayaraq hadisə yerindən qaçıb. Hadisə yerinə gələn jandarma və təcili yardım qrupları yaralı atanı Erbaa Dövlət Xəstəxanasına çatdırıb.
Təcavüzkar Sinan Çələbi hadisə yerinə gələn jandarma qruplarına təslim olub.
Sinan Çələbinin 1 il əvvəl Ayşe Meşeni qaçırdığı, ancaq qızın 6 ay sonra Çələbidən ayrılıb, ata evinə geri döndüyü məlum olub. Hadisə ilə əlaqədar istintaq başladılıb.
Xəbəri paylaş
1 0118 dəfə oxunub.
Digər xəbərlər

28-08-2018, 17:19
SON DƏQİQƏ: Lənkəranda zəlzələ oldu, evlər yerindən oynadı – ÖZƏL
25-09-2018, 22:54
Ələddin Əliyev 20 ildən sonra yenidən idman yarişlarına geri döndü
10-12-2016, 16:07
Həftədə 1 dəfə 24 saat... - Sağlam və cavan olmaq istəyirsinizsə
1-09-2016, 22:35
7 təbii ağrıkəsici
7-11-2016, 15:51
Rusiyaya o qədər qar yağdı ki...
26-06-2015, 19:41
Yevgeni Primakov vəfat edib
3-11-2015, 14:33
Bakıda traktorla dənizə girdilər
25-12-2018, 11:25
Bir il müalicə aldım, üzüm deformasiya olmuşdu - Vüqar