Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Adam nankor olmaz, Rəsul!"
Tarix: 31-07-2017 | Saat: 11:35
Bölmə:Karusel / Gündəm / İdman | çapa göndər



" Neftçi İdman Klubu" "cocuq" vaxtlarından bu günlərə kimi hər ay sənə müntəzəm olaraq maaş verib.
Xəbəraz.Az bildirir ki, Azərbaycan Cüdo Federasiyasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu, Rəsul Çunayevlə bağlı Facebook hesabında öz fikrini bildirib:
"Rəsul Çunayev yalan danışır. Güləşçi 10 ildən çoxdur ki, çörəyini yediyi "Neftçi İdman Klubu" haqqında mətbuata yalan açıqlama verib. Guya ki, ona vəd edilən mükafat verilməyib və güləşçi klubu tərk edib. Əslində isə belə deyil. Hər ay "Neftçi"dən 2 min manat əməkhaqqı alan Rəsul başqa klubdan bunun ikiqat artığını alacağını əsas gətirərək, öz xahişi ilə klubdan ayrılıb. Bu gün isə çıxıb brifinq edərək, klub haqqında yalan danışır. 15 ay haradan pul ala bilmədiyin barədə nəsə deyə bilmərəm, amma "Neftçi İdman Klubu" "cocuq" vaxtlarından bu günlərə kimi hər ay sənə müntəzəm olaraq maaş verib. Adam nankor olmaz, Rəsul!"
Qeyd edək ki, Elnur Əşrəfoğlunun cüdo federasiyanı təmsil etməsinə baxmayaraq güləşlə bağlı xəbərə fikir bildirməsi heç də təəccüblü deyil. Çünki o, Sadıq Sadıqovun "Neftçi"nin futbol klubunda prezident vəzifəsində olduğu vaxtlarda komandanın mətbuat katibi və prezident müşaviri vəzifəsində çalışıb.


Xəbəri paylaş

7568 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___