Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda 11 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
Tarix: 29-07-2017 | Saat: 11:23
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər



Bakının Ziya Bünyadov prospektində baş vermiş yol qəzası nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan 3-ü bir ailənin üzvləridir. Nərimanov Rayon Polis İdarəsində apa-ya verilən məlumata görə, qəza nəticəsində "Hyundai" markalı avtomobilin sürücüsü, 30 yaşlı Məmmədov Ruslan Firuz oğlu, "Opel" markalı avtomobilin sürücüsü Zeynal Zeynalov, onun həyat yoldaşı Könül Abdullayeva və 5 yaşlı qızı Nuranə Zeynalova müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdiriliblər.
 
**** 00.02
 
Bakıda 11 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.
 
Apa-nın xəbərinə görə, paytaxtın Ziya Bünyadov prospektində “Shacman” markalı yük avtomobili digər yük maşınını və 9 minik avtomobilini əzib. İlkin məlumata görə, qəza nəticəsində xəsarət alanlar var.
 
Xəsarət alanların sayı və qəzanın təfərrüatları müəyyənləşdirilir. 
 
Hazırda Ziya Bünyadov prospektinin əsas yolunda hərəkət dayandırılıb. Hərəkətin nizamlanması istiqamətində tədbirlər görülür.
 
Qəzanın səbəbləri araşdırılır. 




Xəbəri paylaş

6538 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___