Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“15 aydı maaş üzünə həsrətik” – güləşçilər aksiya keçirdilər
Tarix: 28-07-2017 | Saat: 16:25
Bölmə:Karusel / İdman / Foto-fakt | çapa göndər


Azərbaycan güləş yığmasının üzvləri bu gün qarşılaşdıqları problemlər və şəraitsizliklə bağlı açıq havada brifinq keçiriblər.Jurnalistlərə açıqlama verən Yunan-Roma güləşi üzrə dünya çempionu, “Rio-2016″nın bürünc mükafatçısı Rəsul Çunayev deyib ki, artıq 1 ildi təlim-məşq toplanışı keçmirlər: “Bir ildi federasiya tərəfindən bizə maaş, mükafatlar verilmir. Biz dövlətimizi, vətənimizi təmsil edirik. Əsgərlər silahı olmadan müharibə apara bilmədiyi kimi, biz də təlim-məşq toplanışları keçirmədən yüksək nəticə əldə edə bilmirik. Üzdə olan adamlar bizik, uduzanda saytlar, insanlar bizim haqqımızda pis fikir deyirlər. Şərait yaradılanda yüksək səviyyədə çıxış etmişik, lakin hazırda şərait yoxdur. Hətta zallarda içməyə su belə yoxdur, krantdan doldurub içirik. Məşqçilər, həkimlər hamısı çıxıb gedib. Onlar da maaşlarını ala bilməyiblər. Bizim başqa işimiz yoxdu, sırf idmanla məşğul oluruq. 
Cənab prezidentimizin dəstəyi ilə yarışlarda yüksək səviyyədə çıxış etmişik. Təəssüflər olsun ki, son 1 ildə federasiyada yaradılan gərginliklər bizim nəticələrimizə təsir edir. 3 həftədən sonra dünya çempionatına getməliyik. Komandanın 70 faizi zədəlidi”.
 
Çinayev bildirib ki, idmançıların heç birinin müalicə olunmaq imkanı yoxdu: “Olimpiadadan sonra əməliyyat olunmaq üçün 3 ay gözlədim. Məni də müalicə etmədilər, öz hesabıma Türkiyədə əməliyyat olundum. Aramızda elə uşaqlar var ki, məşqə gəlməyə pulları yoxdu. Vəziyyət o qədər acınacaqlıdı ki, xidmətçilər deyir, maşınınızı yuyaq, bizə 5-10 manat verin. Getdik təlim-məşq toplanışına, yemək olmadığı üçün bizi oteldən çıxartdılar. 3 həftə sonra biz gedib dünya çempionatında uduzanda pis olan da biz olacağıq. Səbəb də budu ki, biz heç bir təlim-məşq toplantısı keçmirik. İki ildi bizə formada verilmir, yarışlarda köynəklərimizi bir-birimizə verib dəyişirdik. Tam forma ilə yarışlara qatılan başqa ölkələrin komandaları qarşısında utanırdıq. Bizə bir nəfər də çıxıb demir ki, pul yoxdu, maliyyə ayrılmayacaq, hər kəs də öz işini bilər. Bu gün, sabah deyə-deyə ilyarımdı problemlər davam edir”.

Sərbəst güləşçi Hacı Əliyev də vəziyyətlə bağlı danışıb. O deyib ki, gənc idmançıların məşqə gedib-gəlməyə imkanı yoxdu: “İlk növbədə cənab prezidentimizə təşəkkür edirəm ki, bizə hər bir şəraiti yaratmışdı. Amma bu gün bir sıra problemlərlə qarşılaşmışıq. “Rio-2016″da 9 medal qazanmışdıq. Bu, zarafat deyil. Bizim bura yığışmağımızın məqsədi odu ki, bu qədər gənclərimiz ciddi problemlərlə üzləşiblər. Yarıdan çoxu kasıb uşaqlardı. Hamısı bayraq ucaltmaq arzusu ilə alışıb-yanırlar. Biz 15 aydı ki, maaş üzünə həsrətik. Dünya çempionatına çox az vaxt qalıb. Gedib dünya çempionatında məğlub olmaqdansa, getməmək yaxşıdı. Müraciət edirik, deyirlər gözləyin, yaxşı olacaq. Belə olsa, heç bir komanda dünya çempionatına getməyəcək. Diqqət olmasa, nəticə də olmayacaq. Bizə demişdilər İslam Oyunlarından sonra problemlər həll olunacaq. Bu problemlərdən Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin də xəbəri var”. 


Xəbəri paylaş

7008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___