Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazir ağac əkdi - FOTO
Tarix: 11-03-2015 | Saat: 23:16
Bölmə:Karusel / Gündəm / Xəbəraz-ın debatı | çapa göndər

Nazir ağac əkdi - FOTO
Ağacəkmədə Bakı 2015-in əməkdaşları və könüllülər iştirak edib.

Ölkənin və şəhərin irsində iz buraxacaq təşəbbüslərin bir hissəsi olaraq bu gün “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 1000-dən çox ağac əkilib.

Xeber.az xəbər verir ki, BAOƏK-in 300-dən çox azərbaycanlı və əcnəbi əməkdaşı və “Alov Qoruyan”lar Bakı şəhərinin qərbində yerləşən Müşfiqabad qəsəbəsində könüllü olaraq gələcək meşə zolağının salınması məqsədilə 1000-dən çox nar, palıd, qarağac və şam ağacı əkiblər.

Könüllülərə Azərbaycan Respublikasının Gənclər və İdman naziri və “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Baş icraçı direktoru Azad Rəhimov və Rusiya Federasiyası Olimpiya Komitəsinin vitse-prezidenti İqor Levitin də qoşularaq bir sıra ağac əkiblər.

“Bakı 2015” Avropa Oyunları Azərbaycanın tarixində möhtəşəm hadisə olacaq və bu tədbir ölkənin və əhalinin həyatında əhəmiyyətli yer tutacaq. Biz Avropa Oyunlarının Azərbaycanın bəşəri və infrastruktur sahələri üzrə səmərələrini tez-tez vurğulayırıq, bu gün isə qarşıdakı yarışların Bakının yaşıllaşdırılması və dayanıqlı mirası üzrə iz buraxacağını nümayiş etdirə bilərik”- deyə, cənab Rəhimov qeyd edib.

“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov bildirib:

“Ağacəkmə Novruz bayramı ərəfəsində keçirilən Azərbaycan adətidir. Beləliklə, yeni ilin, eləcə də yeni həyatın gəlişini qeyd edirik: bu ağaclar gələcək nəsillər üçün əkilir”.


Xəbəri paylaş

9758 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___