Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Istilər geri qayıdır –Temperatur 42 dərəcəyə çatacaq
Tarix: 27-07-2017 | Saat: 12:49
Bölmə:Karusel / Gündəm | çapa göndər



İyulun 28-də Bakıda və Abşeron yarımadasında günəşli hava şəraiti gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə  22-26° isti, gündüz  32-37° isti, Bakıda gecə  24-26° isti, gündüz  35-37° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan  aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 55-65 %,  gündüz  40-50 % olacaq. 
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti təşkil edəcək.
           
İyulun  28-29-da  Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 34-39° isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə iyulun 28-də regionlarda hava şəraiti yağmursuz olacaq. Qərb küləyi  gündüz ayrı-ayrı  yerlərdə arabir  güclənəcək. Havanın temperaturu gecə  21-26° isti, gündüz  35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz  27-32° isti olacağı gözlənilir.
 
İyulun 28-dən ayın sonunadək  ölkə ərazisində hava şəraitinin isti olacağı gözlənilir. Havanın maksimal temperaturunun 35-40°, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 42°, dağlıq rayonlarda isə 27-32° isti olacağı gözlənilir. Qərb küləyi 29-u gündüzdən 31-dək  ayrı-ayrı yerlərdə  arabir  güclənəcək.
 



Xəbəri paylaş

6508 dəfə oxunub.

Digər xəbərlər
14-02-2019, 16:05 Sabah hava necə olacaq?

bütün xəbərlər
____ Instagram ___