Bu ilin növbəti Ay və Günəş tutulmaları olacaq - Tarix açıqlandı
Tarix: 27-07-2017 | Saat: 12:27
Bölmə:Karusel / Gündəm / Maraqlı / M2 | çapa göndər
Gələn ay bu ilin növbəti Ay və Günəş tutulmaları baş verəcək.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov bildirib ki, cari ilin ikinci Ay tutulması avqustun 7-də olacaq. Onun sözlərinə görə, proses saat 21:22-də başlayacaq, saat 22:20-da maksimumda olacaq, saat 23:18-də başa çatacaq: "Proses Avropa, Asiya, Afrika, Avstraliya, Antarktida, Rusiyanın böyük hissəsində müşahidə ediləcək. Bu hadisə Azərbaycandan da müşahidə olunacaq. Belə ki, günbatandan sonra Ay tutulmasının bir hissəsini görmək mümkün olacaq".
X. Mikayılov qeyd edib ki, bu ilin ikinci Günəş tutulması avqustun 21-də baş verəcək. O bildirib ki, Bakı vaxtı ilə saat 19:47-də başlayacaq proses saat 22:26-da maksimumda olacaq, saat 01:04-də isə sona çatacaq: "Azərbaycanda bu prosesi müşahidə etmək mümkün olmayacaq. Tutulma Kanada, Cənubi Amerikanın şimalında, Sakit və Atlantik okeanlarında və ABŞ-da müşahidə ediləcək".
Qeyd edək ki, 2017-ci ildə ilk Ay tutulması fevralın 11-də, Günəş tutulması isə fevralın 26-da baş verib.
Xəbəri paylaş
5828 dəfə oxunub.
Digər xəbərlər

1-04-2016, 12:12
Suriyada terror — Yaralananlar var
14-10-2016, 19:51
Dünyanın ən seksual riyaziyyat müəlliməsi - fotolar
20-12-2017, 12:00
Adriana Lima türk sevgilisindən ayrıldı
23-07-2022, 10:11
Türkiyəli müğənninin gözəllik sirri hər kəsi təəccübləndirdi: Sünnət dərisindən... - FOTO
15-10-2017, 10:26
Kürdlər İraqın Kərküklə bağlı tələbini rədd etdilər
16-08-2017, 12:19
"Qarabağ"ın oyununa az qalmış biabırçı görüntülər (VİDEO)
22-01-2022, 12:02
Türkiyəli tanınmışlar Bakıda - "Xəngəl yedim, dadına doymadım" - FOTOlar
27-01-2016, 13:46
Azərbaycan gömrüyündə 70%-lik – GÜZƏŞT
27-07-2017, 10:26
ATV-nin sevilən cütlüyü bu dəfə Gürcüstanda - FOTOLAR