“Lotu Quli”nin kirvəsi məhkəmə önündə
Tarix: 26-07-2017 | Saat: 13:18
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə baxış iclası keçirilib.
Dövlət ittihamçısı ittiham aktını elan edib.
Belə ki, 2016-cı ilin noyabrın 23-də Məhəbbət Namazovun maşınından "Makarov" tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunub.
M.Namazovun Ağstafa rayonun Sadıxlı kəndində yerləşən evindən silah patronları tapılıb.
O, Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.
M.Namazov özünü təqsirli bilmədiyini deyib.
Məhkəmə prosesi avqustun 2-də davam etdiriləcək.
Qeyd edək ki, "Lotu Quli" hazırda 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilən yeznəsi Vidadi Hüseynov isə dünən, vaxtından 3 ay əvvəl azadlığa buraxılıb.
Xəbəri paylaş
9758 dəfə oxunub.
Digər xəbərlər

24-11-2021, 08:37
Azərbaycanda COVID-19 pasportu olmayanlara DAHA BİR QADAĞA
3-11-2018, 11:30
7 yaşlı uşaq dördüncü mərtəbədən yıxılaraq öldü
29-05-2019, 10:17
Ramazan ayının 24-cü gününün DUASI
4-01-2017, 01:34
Saatlıda 5 otaqlı ev yandı
2-04-2018, 22:40
7 nəfərin ölümünə səbəb olan sürücü həbs olundu
6-05-2022, 14:46
Bakıda şok qiymətə mobil nömrə satılır - 150 min AZN
18-08-2016, 02:15
İlhamə Quliyevanın qəbri üstündə oğurluq - FOTOLAR
26-02-2017, 09:25
Müşaviri Trampa qarşı çıxdı: "İslami terror" ifadəsi yanlışdır
6-11-2015, 21:33
Onu yalnız şəklini çəkdiyi adam görüb - FOTOLAR