Gözdəymə və ondan necə qorunmaq haqqında
Tarix: 24-07-2017 | Saat: 00:13
Bölmə:Karusel / İbadət | çapa göndər
Gözdəymə adətən paxıllıqdan və ya bədnəzərdən meydana gəlir. Uca Allah öz Peyğəmbərinə (salləllahu aleyhi və səlləm) həsəd aparanın şərindən Ona pənah aparmasını əmr edir. Uca Allah buyurur: "...və həsəd aparan zaman paxılın şərindən!" (əl-Fələq, 5).
İnsanın özü-özünə, övladına, malına da gözü dəyə bilər. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Gözdəymə haqdır. Əgər qədərin (alın yazısının) qabağını ala bilən bir şey olsaydı, gözdəymə onu keçərdi". (əl-Buxari, Muslim).
Gözdəymədən və başqa şərlərdən qorunmaq üçün hər namazdan sonra "Ayətul-Kursi - (əl-Bəqərə, 255)", "əl-İxlas", "əl-Fələq" və "ən-Nəs" surələrini oxumaq lazımdır. Səhər sübh namazından sonra və məğrib namazından yarım saat əvvəl hərəsini üç dəfə oxumaq lazımdır. Həmçinin, özündə və başqa insanlarda xoşuna gələn bir şey gördükdə "Bərakəllahu fihi" deyərək ona Uca Allahdan bərəkət diləmək lazımdır. Həmçinin, "MəşəAllah" demək. Peyğəmbərimiz (salləllahu aleyhi va səllam) demişdir: "Biriniz qardaşında, yaxud özündə, yaxud da malında xoşuna gələn bir şey görsə, onun üçün bərəkət diləsin! Çünki gözdəymə həqiqətdir!" (İbn Məcəh, 3509).
Gözdəymənin təsirləri barədə rəvayət olunur ki, Aişə (Allah ondan razı olsun) demişdir: "Allahın Rəsulu (salləllahu aleyhi va səllam) bədnəzərdən qorunmaq üçün mənə ruqya (Qurandan və Sünnədən bədnəzərə qarşı oxunacaq hissələr) oxumağı deyərdi". (əl-Buxari, Muslim).
(zikr.az)
Xəbəri paylaş
7688 dəfə oxunub.
Digər xəbərlər

18-02-2016, 14:26
Türkiyə kürdlərin mövqelərini bombalayır
1-05-2015, 13:24
ABŞ-da qaradərili qadın ağdərili polisləri öldürməyə çağırıb
26-03-2016, 21:51
Ermənistan prezidenti Serj Sarkisyan ABŞ-a gedir
7-12-2015, 14:46
Məşhur müğənninin həbsdən görüntüləri yayıldı - FOTO
13-04-2022, 10:25
Metroda nasazlıq yarandı, sərnişinlər düşürüldü
16-03-2016, 11:01
Keçmiş MTN naziri və oğlu haqqında yeni şok faktlar
7-09-2016, 17:52
Hakerlər azərbaycanlı sahibkarın bank hesabını QARƏT ETDİ
9-09-2022, 12:16
Cəlilabadda bir ailənin üzvləri yol qəzasına düşdü, ölən və yaralananlar var - FOTO
13-10-2016, 15:15
"Varmısınız, yokmusunuz"un Azərbaycan versiyası başlayır