Jurnalistlər üçün tikilmiş binada pulsuz internet olacaq
Tarix: 21-07-2017 | Saat: 18:44
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycan prezidentinin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2013-cü il 22 iyul tarixli sərəncamı ilə kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün tikilən yaşayış binasının telekommunikasiya xidmətləri ilə təchizatı üzrə Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi işlərə başlayıb.
Nazirlikdən verilən məlumata görə, sözügedən binadakı 255 mənzil "Bakı Telefon Rabitəsi" MMC tərəfindən yeni nəsil optik şəbəkə avadanlığı olan GPON ("Giqabit Passive Optical Network") əsasında genişzolaqlı multimedia xidmətləri ilə təmənnasız olaraq təchiz olunacaq. Bundan başqa, pulsuz olaraq hər bir mənzil üçün nömrə resursunun ayrılması da təmin ediləcək.
Artıq layihələndirmə işləri başa çatdırılıb. Yaxın müddətdə binaya telefon və optik internet xətlərinin çəkilişinə başlanılacaq.
Binanın sakinləri "Bakı Telefon Rabitəsi" MMC tərəfindən "Üç bizimlə" layihəsi çərçivəsində sərfəli tariflə eyni paketdə təqdim olunan yüksək keyfiyyətli telefon, internet və rəqəmli televiziya xidmətlərindən də yararlana bilərlər.
Xəbəri paylaş
6558 dəfə oxunub.
Digər xəbərlər

12-03-2017, 13:45
Sabahın HAVASI
7-07-2018, 17:19
Qarpız tumlarını atmayın! Bilsəniz nə qədər faydası var
23-08-2015, 00:40
İrandan İrəvana sərt etiraz
12-08-2015, 19:21
İlham Əliyev səhiyyə nazirinə orden verdi
13-11-2015, 13:37
Daha bir məşhur türk serialı bitir - foto+video
24-09-2017, 10:01
Tramp yenidən İranı QINADI
26-09-2017, 11:45
Prezident Angela Merkeli təbrik etdi
12-06-2016, 15:01
Litvada NATO-nun yeni hərbi təlimi başladı
9-06-2023, 12:09
Çimərliklərdə bizi gözləyən təhlükələr - RƏSMİLƏR NİYƏ SUSUR?
8-02-2019, 14:10
Hava ilə bağlı-XƏBƏRDARLIQ