ABŞ bütün dünyada eynicinsli nikahların icazəsinə nail olacaq
Tarix: 27-06-2015 | Saat: 12:34
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər
Con Kerri bəyanatla çıxış edib.
ABŞ eynicinsli nikahları qanuniləşdirdikdən sonra, LGBT icmaları üçün analoji hüquqlara digər dövlətlərdə də nail olmaq qərarına gəlib.
Xeberaz.az “Lenta”ya istinadən xəbər verir ki, bu barədə dövlət katibi Con Kerrinin bəyanatında deyilir.
“Ali məhkəmənin qərarı bütün dünyaya dəqiq siqnal göndərir: diskriminasiyaya əsaslanan heç bir qanun, ədalət dalğasına tab gətirə bilməz”, - Kerri qeyd edib, eləcə də missiyanın yerinə yetirilməsinin lesbi, gey, biseksual və transgenderlərin xüsusi nümayəndəsi Rendi Berriyə tapşırıldığını vurğulayıb.
“O, hər gün dünyada bu insanların hüquqları üçün mübarizə aparır”, - dövlət katibi əlavə edib.
Qeyd edək ki, iyunun 26-da ABŞ Ali məhkəməsi eynicinsli nikahların ölkənin bütün ərazisində qeydiyyatdan keçirilməsinin qanuniləşdirilməsi barədə qərar qəbul edib. Gey-ittifaqların rəyləri vətəndaşların konstitusiya hüquq kimi tanınıb. Daha öncə bu qəbildən olan ittifaqlar yalnız 50 ştatdan 37-də qanuniləşdirilmişdi. Qalan ştatlarda öz münasibətlərini qanuniləşdirmək istəyən 70 min homoseksual cütlük yaşayırdı. Qərarın qüvvəyə minmə müddəti dəqiqləşdirilmir.
Bu gün üçün eynicinsli nikahlar dünyanın 20 ölkəsində, Meksikanın bir neçə ştatında, Böyük Britaniyanın əsas ərazisində qeydiyyatdan keçir. İlk dəfə eynicinsli nikahlar 2001-ci ildə Niderlandda qanuniləşdirilib.
Xəbəri paylaş
7048 dəfə oxunub.
Digər xəbərlər

20-05-2018, 16:57
"Çağla ilə yenidən evlənmərəm"
4-09-2017, 10:47
Hər gün bir xörək qaşığı istifadə etməklə FAYDALARINDAN BƏHRƏLƏN
11-08-2017, 10:39
Ermənistan atəşkəsi 124 dəfə pozdu
29-03-2018, 20:47
22 yaşlı oğlan 1 il əvvəlki səhvinin qurbanı oldu - TƏFƏRRÜAT
19-03-2019, 20:10
"ASAN Xidmət"ə yeni sədr müavini təyin olundu - SƏRƏNCAM
7-02-2016, 13:06
Pəncərəni sındırıb evə girdilər – xeyli pul aparılıb
10-01-2018, 11:14
Bakıda daha üç məhkum xəstəlikdən ölüb
6-06-2016, 16:07
Dini motivli yeni müsabiqəyə start verildi
15-03-2018, 16:18
“Azəriqaz” əhaliyə səsləndi: Qazınız gəlmirsə...