Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda çay evlərinin sahibləri piyada səkilərini zəbt ediblər - VİDEO
Tarix: 20-07-2017 | Saat: 10:52
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

 
Paytaxtda çay evlərinin sahibləri piyada səkisini də zəbt ediblər. Stollar səkiyə düzülüb. Kimisi nərd oynayır, kimisi isə domino, hətta içki içənlərdə var. Bir neçə binanın sakinləri isə hər gün bu səkidən istifadə etmək məcburiyətində qalırlar. Dəfələrlə həmin şəxslərə xəbərdarlıq edilməsinə baxmayaraq, mənzərə dəyişmir.
Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində piyada səkisi sözün əsl mənasında keçilməz olub.
Ərazidə olan yaşayış binalarının sakinləri, xüsusən də qadın və uşaqlar hər gün bu içki məclisinin ortasından keçmək məcburiyyətində qalırlar. Çünki elə həmin ünvanda olan ''Bibi" və "Titanik'' çay evlərinin sahibləri buranı restorana çeviriblər.
Hətta bu ərazinin gecələr başqa məqsədlərlə istifadə edilməsi iddiaları da var.
Özünü "Bibi" çay evinin müdiri kimi təqdim edən şəxs isə suallarımıza cavab verməkdan qaçdı.
Ərazi üzrə 33 saylı Mənzil-Komunal Təsərüfatı Birliyinin rəisi Mirnazir Əliyev isə deyir ki, dəfələrlə həmin obyekt sahiblərinə xəbərdarlıq edilib. Üstəlik, həmin stollar səkidən bir neçə dəfə götürülüb . Buna baxmayaraq, obyekt sahibləri xəbərdarlıqlara əməl etmirlər.
Mirnazir Əliyev məsələ ilə bağlı digər üst qurumlara da müraciət edəcəklərini bildirdi. 

 



Xəbəri paylaş

6648 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___