Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Milan”dan “Yuventus”a... - FOTO
Tarix: 19-07-2017 | Saat: 14:12
Bölmə:Karusel / İdman | çapa göndər


Dani Alveşin PSJ-yə transferindən sonra müdafiənin sağ cinahı üçün axtarışa çıxan “Yuventus”, nəhayət ki, boşluğu doldurub. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Milan”ın arxa xətt oyunçusu Mattia De Şilyo Turin klubuna keçib.
 
Klublar arasında aparılan danışıqlar müsbət nəticələnib. Artıq Turinə yollanan 25 yaşlı oyunçu bu gün yeni komandasında tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə qol çəkəcək. “Milan”la anlaşma müddəti gələn ilin yayına qədər olan De Şilyonun transferi “qoca sinyora”ya 12 milyon avroya başa gəlib.
 
Qeyd edək ki, Mattia De Şilyo 2013-cü ildən dəvət aldığı İtaliya millisində 31 oyun keçirib. O, 2011-ci ildən bəri “Milan”ın əsas komandasında çıxış edib.


Xəbəri paylaş

7248 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___