Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əsəbləriniz yerindədirmi? - TEST
Tarix: 17-07-2017 | Saat: 12:55
Bölmə:Karusel / Maraqlı | çapa göndər

b_520_0_16777215_0___images_stories_006IYUL_seb.jpeg
Müasir dünyada əsəblərə hakim kəsilmək, sinir sistemini normada saxlamaq insan üçün ən böyük problemlərdən biridir.
Nevrozu yaradan əsas amillərdən başlıcası da elə bu problemlərdir. Nevroz xroniki stresslərin, həyat tərzindəki ardıcıl gərginliklərin son nəticəsi deməkdir və o, müalicə olunmadıqda ciddi xəstəlik kimi orqanizmdə ağır fəsadlar törədir.
Bəs sizdə necə? Əsəbləriniz yerindədirmi?
Bu suala aydınlıq gətirmək üçün olduqca sadə bir test təqdim edirik.
Özünüzdə nevrozun olub-olmadığını dəqiqləşdirmək üçün təqdim olunan 18 sualdan 12-ə “hə” cavabı versəniz demək sağlamlığınızda artıq bu problem var və mütləq həkimə müraciət etmək lazımdır.
1. Heç bir səbəb olmadam tez-tez narahatçılıq hissi keçirirsiniz?
2. Ən adi hadisələr belə sizi qıcıqlandırır?
3. Tez-tez özünüzə qapanırsınız?
4. Yuxu probleminiz var?
5. Özünüzə inam hissini tez-tez itirirsiniz?
6. Əsasız yerə qorxu və təhlükə hiss edirsiniz?
7. Həyatda heç nə sizi qane etmir?
8. Uğur qazandıqda belə yenə də özünüzdən narazı qalırsınız?
9. Əhvalınız tez-tez dəyişir?
10. Ünsiyyət qurmaqda çətinlik çəkirsiniz?
11. Özünüzü həmişə yorğun hiss edirsiniz?
12. Əvvəllər ən çox sevdiyiniz müsiqilərdən, filmlərdən, kitablardan zövq ala bilmirsiniz?
13. Tez-tez baş və boyun nahiyəsində, çiyinlərdə ağrılar baş verir?
14. İştəhanızla bağlı problemlər yaranır?
15. Çalışdığınız yerdə və ya evdə gündəlik ən adi işləri görmək sizin üçün işgəncəyə çevrilir?
16. Düşünürsünüz ki, siz heç kimə lazım deyilsiniz?
17. Həyat eşqi, sevgi hissləri sizi tərk edib?
18. Gələcəyə ümidsiz baxırsınız?
Bu suallardan 12-ə və daha çoxuna cavabınız “hə”dirsə təcili həkimə tələsin. Elə düşünməyin ki, mövcud vəziyyətiniz ötəri haldır. Unutmayın ki, nevroz bir çox xəstəliklərə, o cümlədən mədə xorasına, astmaya, yüksək qan təzyiqinə səbəb olur.
(modern.az)


Xəbəri paylaş

7868 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___