Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan Alpaqut Federasiyasi xalq qəhrəmanı Soltan bəy Soltanovun xatirəsinə turnir keçirdi
Tarix: 17-07-2017 | Saat: 12:08
Bölmə:Karusel / İdman / M2 / Foto-fakt / Gənclərimiz | çapa göndər


Bakı şəhəri Balaxanı İdman Kompleksində, Azərbaycan Alpaqut Federasiyası və Laçın rayonu Gənclər və İdman İdarəsinin birgə təşkil etdikləri xalq qəhrəmanı Soltan bəy Soltanovun xatirəsinə həsr olunmuş açıq turnir həyata keçirilib.Xəbəraz.Az xəbər verir ki,idman turnirinin asçılışında Alpaqut Federasiyasının baş katibi Rafiq Qasımov federasiyanın prezidenti Aqil Acalova raport verib. Raportun verilməsinin ardınca, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və yarış açıq elan olunub. Alpaqut Federasiyasının prezidenti Aqil Acalov çıxış edərək bildirib ki, federasiya bir daha öz ənənəsinə sadiq qalaraq, idmançılar arasında vətənpərvərlik ruhunun təbliğatı çərçivəsində uğurlu tədbirlərini davam etdirir və hazırkı turnirin də keçirilməsində əsas məqsəd, 1905-1906-cı illərdə Qarabağ bölgəsində, xüsusilə Laçın və Şuşada ermənlərin azərbaycanlılara qarşı törətmək istədikləri vəhşi cinayətlərinin qarşısını alan Azərbaycan xalq qəhrəmanı Soltan bəy Soltanovun əziz xatirəsini yad etməkdən ibarət olub. “Biz, gənc nəslə Soltan bəy Soltanov və sair qəhrəmanlarımızın keçdikləri qəhrəmanlıq yollarını, vətənpərvərlik sevgilərini aşılamağı qarşımıza məqsəd qoyaraq, bu istiqamətdə uğurlar əldə edirik”-deyə qeyd edən Aqil Acalov gələcəkdə də bənzər idman turnirlərinin keçiriləcəyini qeyd edib. Federasiyadan verilən məlumata görə, açıq turnirdə ölkəmizin şəhər və rayonlarından ümumilikdə 11 komandadan 156 idmançı iştirak edib. Yarış Alpaqut Turan döyüş sənətinin qaydalarına uyğun olaraq üç sistem üzrə - Aypara “A”, Batur “B” və Caymaz “C” sistemləri üzrə keçirilib. Komandalardan Aypara sistemi üzrə Ağdam filialı 1-ci, Batur sistemi üzrə Laçın filialı, Caymaz sistemi üzrə isə Qarabağ filialı 1-ci yerləri qazanıblar. Turnirin sonunda qaliblər mükafatlandırılıblar.



Xəbəri paylaş

1 2488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___