Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Depressiya kişi və qadınlara müxtəlif təsir göstərir
Tarix: 16-07-2017 | Saat: 10:40
Bölmə:Karusel / Səhiyyə | çapa göndər



Böyük Britaniyanın Kembric Universitetinin alimləri depressiyanın kişi və qadınların beyinlərində özünü müxtəlif formalarla büruzə verdiyini müəyyən edib, bunun səbəblərini açıqlayıblar.
Xəbəraz.Az azərtaca istinadən bildirir ki, aparılan tədqiqatlar nəticəsində yeniyetmələrin depressiyanı cinsiyyətdən asılı olaraq müxtəlif formalarda keçirdikləri və bu səbəbdən hazırlanan xüsusi müalicə üsullarının yalnız keçid dövründə olanlara müsbət təsir göstərdiyi bəlli olub.
Tədqiqatlar göstərib ki, 15 yaşlılar arasında qızlar oğlanlara nisbətən depressiyadan daha çox əziyyət çəkirlər. Alimlərin fikrincə, bunun müxtəlif səbəbləri var. Əsas səbəblərdən bir neçəsini - bədənin formalaşması zamanı baş verən dəyişikliklər, hormon dəyişiklikləri və ya genetik faktorları misal çəkmək olar. Elm adamları qeyd ediblər ki, oğlanlara nisbətən qızlarda genetik faktorlar daha çox özünü büruzə verir. Lakin kişilər də depressiyaya qarşı çox həssasdırlar. Belə ki, qadınlara nisbətən kişilərdə depressiya 10-15 faiz daha uzun müddət davam edə bilər.


Xəbəri paylaş

7798 dəfə oxunub.

Digər xəbərlər
29-10-2018, 14:26 Merkel istefa verir

bütün xəbərlər
____ Instagram ___