Nəqliyyat vasitələrinin qiyməti bahalaşacaq - Taksi, metro, avtobus, dəmiryol...
Tarix: 15-07-2017 | Saat: 11:16
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər
Bu gündən “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik müəyyən olunub.
Tarif Şurasının dünən keçirilən növbəti iclasında AzərbaycanRespublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 28,5% bahalaşıb.
Bu barədə açıqlama verən iqtisadçı Qubad İbadoğlu bildirdi ki, yanacaq məhsullarında qiymət artımı yalnız "Aİ-92” markalı avtomobil benzini ilə məhdudlaşmayacaq, alternativ məhsulların, o sıradan da yüksək markalı benzinin və dizel yanacağının qiymətində də bahalaşma labüddür:
“Benzinin qiymət bahalaşmasının ikili - psixoloji (panik) və iqtisadi (məsrəf artırıcı) təsirləri olacaq. Psixoloji təsirlər qısa, iqtisadi təsirlər isə uzunmüddətli və davamlıdır. Benzinin qiyməti kəskin artdığı halda nəqliyyat tariflərinin stabil saxlanılması mümkün deyil. Odur ki, ilk növbədə xüsusi (taksi) və ictimai nəqliyyatda (şəhərdaxili və şəhərlərarası avtobuslarda) sərnişin daşınmasında gediş haqları qalxacaq. Beləliklə də bazarların qarşılıqlı təsiri ilə metroda və dəmiryol nəqliyyatında da gediş haqları bahalaşacaq. Bununla yanaşı, avtomobil, hava və dəniz nəqliyyatında yük daşınma üçün yanacaq məsrəflərinin artması əsas istehlak mallarının qiymətinin də bahalaşmasına gətirib çıxaracaq”.
İqtisadçı əlavə edib ki, hazırda avtomobil benzininin pərakəndə satış qiyməti ABŞ dolları ilə Birləşmiş Ərəb Əmirliyində 0, 48, Omanda 0,47, Nigeriyada 0,46, Qazaxıstanda və Malaziyada 0,44, Bəhreyndə 0,42, Ekvadorda 0,39, Misirdə 0,36, İranda 0,34, Küveytdə və Əlcəzairdə 0,32, Türkmənistanda 0,27, Səudiyyə Ərəbistanında 0, 24, Venesuelada 0,01-dir. Azərbaycanda isə 15 iyun 2017-ci ildən etibarən 1 litr "Aİ-92” markalı avtomobil benzinin qiyməti 0,53 ABŞ dolları təşkil edib. (metbuat)
Xəbəri paylaş
1 1178 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 15-07-2017 | Saat: 11:16
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər
Tarif Şurasının dünən keçirilən növbəti iclasında AzərbaycanRespublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 28,5% bahalaşıb.
Bu barədə açıqlama verən iqtisadçı Qubad İbadoğlu bildirdi ki, yanacaq məhsullarında qiymət artımı yalnız "Aİ-92” markalı avtomobil benzini ilə məhdudlaşmayacaq, alternativ məhsulların, o sıradan da yüksək markalı benzinin və dizel yanacağının qiymətində də bahalaşma labüddür:
“Benzinin qiymət bahalaşmasının ikili - psixoloji (panik) və iqtisadi (məsrəf artırıcı) təsirləri olacaq. Psixoloji təsirlər qısa, iqtisadi təsirlər isə uzunmüddətli və davamlıdır. Benzinin qiyməti kəskin artdığı halda nəqliyyat tariflərinin stabil saxlanılması mümkün deyil. Odur ki, ilk növbədə xüsusi (taksi) və ictimai nəqliyyatda (şəhərdaxili və şəhərlərarası avtobuslarda) sərnişin daşınmasında gediş haqları qalxacaq. Beləliklə də bazarların qarşılıqlı təsiri ilə metroda və dəmiryol nəqliyyatında da gediş haqları bahalaşacaq. Bununla yanaşı, avtomobil, hava və dəniz nəqliyyatında yük daşınma üçün yanacaq məsrəflərinin artması əsas istehlak mallarının qiymətinin də bahalaşmasına gətirib çıxaracaq”.
İqtisadçı əlavə edib ki, hazırda avtomobil benzininin pərakəndə satış qiyməti ABŞ dolları ilə Birləşmiş Ərəb Əmirliyində 0, 48, Omanda 0,47, Nigeriyada 0,46, Qazaxıstanda və Malaziyada 0,44, Bəhreyndə 0,42, Ekvadorda 0,39, Misirdə 0,36, İranda 0,34, Küveytdə və Əlcəzairdə 0,32, Türkmənistanda 0,27, Səudiyyə Ərəbistanında 0, 24, Venesuelada 0,01-dir. Azərbaycanda isə 15 iyun 2017-ci ildən etibarən 1 litr "Aİ-92” markalı avtomobil benzinin qiyməti 0,53 ABŞ dolları təşkil edib.
Xəbəri paylaş
Digər xəbərlər
4-04-2017, 02:50
Putin terror aktının törədildiyi yerə baş çəkdi
21-12-2021, 10:50
"Vüqar o gündən pis vərdişlərə başladı" - VİDEO
2-03-2016, 16:23
Əli Mirəliyevdən daha bir ŞOK : "Dəfndən qayıdanda gördük ki..."
25-10-2022, 11:13
Bakıda "ölüm şosesi": Bu yolda hər ay insanlar ölür - VİDEO
22-06-2015, 23:23
“Çalışdım ki, zədəmi rəqibim hiss etməsin”.
15-02-2018, 12:37
Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsindən getdi
16-11-2019, 16:51
Bakıda gimnastika üzrə beynəlxalq turnirin açılışından - FOTOLAR
27-07-2016, 22:59
Telefona görə arvadını boşadı - BAKIDA
14-11-2015, 21:20
Kişilər ev işləri görərkən daha seksual görünürlər - fotolar