Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Uşağın cinsi kimdən asılıdır: ANADAN, yoxsa ATADAN?
Tarix: 15-07-2017 | Saat: 10:34
Bölmə:Karusel / Maraqlı | çapa göndər




Uşağın doğulması böyük bir sevinc və xoşbəxtlikdir. Təəssüf ki, heç də hər ailəyə bu sevinci yaşamaq qismət olmur. Lakin bunu anlamayan və uşağın cinsinə görə narazı olanlar da tapılır. Belə narazı olanların əksəriyyəti kişilərdir - "filankəsin 2 oğlu var, mənim isə...", "oğlan olmalıdır", "oğlan istəyirəm" və s.
 
Qadınlar belə vəziyyətdə sıxılır, özünü günahkar hesab edir, buna görə qınaq və bəzən hətta şiddət obyektinə çevrilir. Bu "rüsvayçılıqdan" qurtulmaq üçün yazıq qadınlar nələrə əl atır - saysız selektiv abortlar, riskli hamiləliklər, hətta ölüm. Ötən günlərdə Respublika Perinatal Mərkəzində baş vermiş dəhşətli hadisə məhz bunun növbəti sübutudur...
 
Xeberaz.Az saglamolun.az-a istinadən bu məqalədə uşağın cinsinin necə formalaşdığını və əslində kimdən asılı olduğunu izah edəcək.
 
İnsan bədəni milyonlarla hüceyrələrdən ibarətdir. Hər hüceyrənin içərisində nüvə, nüvənin içərisində – xromosomlar yerləşir. Xromosomlar genlərdən ibarətdir. Məhz genlər bizim göz, dəri, saç rəngi, maddələr mübadiləsinin xüsusiyyətləri və s. özəllikləri haqqında bütün məlumatları başıyır. Genlər gen toplusunu (genotip) yaradır. Gen toplusu hər bir insanda fərqlidir.
 
Qadınların xromosom dəsti 46XX kimi, kişilərinki 46XY kimi işarə olunur. 44 xromosom qeyri-cinsi (dediyimiz kimi, göz, saç, dəri rəngi və s.), 2 xromosom isə cinsidir. Qadınlarda cinsi xromosomlar XX, kişilərdə XY kimi işarə olunur.
 
Spermatozoid və yumurta hüceyrəsinin hər birisində yalnız xromosomların yarısı (yəni 23 olur – 22 qeyri-cinsi xromosom + 1 cinsi xromosom) olur ki, sonra bu hüceyrələr birləşəndə yeni orqanizmin tam xromosom dəsti (23+23=46) alınsın.
Qadınlarda bütün yumurta hüceyrələrində yalnız X cinsi xromosomları (qadın orqanizmində digər cinsi xromosom mövcud deyil!) olur – 23X. Kişi spermatozoidləri isə fərqlidir - onlar ya X, ya da Y cinsi xromosomlarına malik olur (23X və ya 23Y).
Bu hüceyrələrin birləşməsi (mayalanma) nəticəsində yeni orqanizmin xromosom dəsti formalaşır. Bu dəst ya 46XX, ya da 46XY şəklində ola bilər.
Yumurta hüceyrəsi X xromosomuna malik olan spermatozoid tərəfindən mayalanarsa, bu zaman qız uşağı (23X+23X=46XX), Y xromosomuna malik olan spermatozoid tərəfindən mayalanarsa, oğlan uşağı (23X+23Y=46XY) inkişaf etməyə başlayır.
Beləliklə, fiziki olaraq uşağın cinsinin formalaşmasında yalnız atanın "rolu" var, ananın isə heç bir rolu yoxdur.
 
Lakin bunu da demək tam düzgün deyil. Bəli, uşağın cinsini spermatozoid formalaşdırır, ancaq hər bir konkret halda hansı spermatozoid (X və ya Y) bunu edəcək nə kişi, nə də qadından asılı deyil və bunu qabaqcadan proqnozlaşdırmaq mümkün deyil. Məhz bu səbəbdən uşağın cinsinə aid olan heç bir hesablama dəqiq nəticə vermir və verə də bilməz.
 




Xəbəri paylaş

1 3788 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___