Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ölən insanın vücudunda 24 saat ərzində gedən prosesler
Tarix: 26-06-2015 | Saat: 18:48
Bölmə:Karusel / Maraqlı / M2 / Araşdırma | çapa göndər

Ölən insanın vücudunda 24 saat ərzində gedən prosesler
Hər bir insan mütləq bir yaşda dünyasını dəyişir. Lakin insan öldüyü an və daha sonra onun vücudunda hansı proseslərin getdiyində bir çoxumuz xəbərsizik. Bütün bunları isə dünyanın qabaqcıl tibb mütəxəssisləri araşdırıb.

Həmin məlumatlardan bir neçəsini Xeberaz.az təqdim edir.

İlk öncə insan ölməyə hazırlaşdığı təxminən 30 dəqiqə içərisində bədəndə refleks deyə bir şey qalmır. Əzələlər hərəkitsizləşir və elə bu səbəbdən ağız və göz qapaqları açıq qalır.

Daha sonra cəsəd hər saat orta hesabla 1 dərəcə soyuyur. Artıq çəkili insanlar isə nisbətən daha gec soyuyur.

Ölümün reallaşmasından 24 saat sonra bədən çürüməyə başlayır. Tənəffüsün dayanması bakteriyaların oyanışına işarə olur beləliklə onlar fəaliyyətə keçir.

İlk çürüyən orqanlar isə göz, beyin, mədə və bağırsaqlardır. Cəsəd getdikcə şişməyə və çürüməyə başlayır. Lakin körpələrdə və duzlu suda qalan cəsədlərdə çürümə prosesi daha gec başlayır.

Ən gec çürüyən qisimlər isə ürək, böyrək və digər orqanlardır ki, bu da aylarla davam edir.

Daha tez çürüməyə meyilli olan mədə və bağırsaqlarda bakteriyalar intensiv çalışdıqları üçün sürətlə qaz ixrac edir. Bu qaz isə qarın şişməsinə səbəb olur.

Dərinin üstü yanıq kimi suluqa bənzər şəkil alarkən bədəndə yığılan sulfid səbəbi ilə dərinin rəngi qaralmağa başlayır. Ən qəribə hal isə insanın dırnaq ətrfındakı dərinin çürüyüb tökülməsi nəticəsində dırnaqların uzandığının zənn edilməsidir. Cəsədin hər zaman özündən sonra buraxdığı izlər saç və dırnaqlar olur.

Bəzən qəribə də olsa, qəbirdən gələn səslər cəsədin çürümə prosesinindən də irəli gələ bilər. Məsələn günü-gündən qarnın şişən qarının partlaması nəticəsndə səslərin ətrafa yayılması da mümkündür. Əzələlərin sümüklərdən sıyrılıb tökülməsi 40 gün ərzində baş verir. Hətta bəzi inanclara görə məhz dünyasını dəyişən üçün onun yaxınları bu günlər ərzində daha az əziyyət çəkməsi üçün 40 gün ehsan verilir.

Ən sonda isə, bakteriyalar vücudu içdən yeyərkən ,çöldən da “ət ağcaqanadı“ adlanan həşəratlar gözə və burna sürfə buraxır. Bu ağcaqanadlar yeməkləri bitənə qədər burda qalır və ölür.

Daha sonra ölən həmin ağcaqanadları yemək üçün başqa böcəklər gəlir. Beləliklə torpaqda yanlız sümüklər qalana kimi bu proseslər davam edir.
Mənbə: AzadXeber.az


Xəbəri paylaş

2 0728 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___