Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ombudsmanın əməkdaşları İlqar Məmmədovla görüşüb
Tarix: 12-07-2017 | Saat: 19:13
Bölmə:Karusel / Siyasət / Gündəm | çapa göndər



Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən plandankənar başçəkmə həyata keçirilib.
 
Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, müraciətlərin və rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ üzvləri tərəfindən həmin müəssisədə bir çox məhkum, o cümlədən İlqar Məmmədov və Qiyas İbrahimov konfidensial qaydada qəbul edilərək dinlənilib, hüquqlarının təmin olunma vəziyyəti, qaldırdıqları məsələlər və sənədləşmə yerində araşdırılıb.
 
Q. İbrahimov müəssisəyə gətirildiyi zaman ona qarşı kobud rəftara yol verildiyini bildirib, müraciəti üzrə qaldırdığı məsələlər və onunla bağlı sənədləşmə yerində araşdırılıb. Yeri gəlmişkən, Q. İbrahimov hələ istintaq təcridxanasında saxlandığı dövrdə də dəfələrlə MPQ üzvləri tərəfindən qəbul olunub, müraciətləri dinlənilməklə Ədliyyə Nazirliyinə, Baş Prokurorluğa müraciətlər edilib, habelə sağlamlığı ilə bağlı qaldırdığı məsələlərə dərhal reaksiya verilməklə müvafiq tədbirlər görülüb və özü də bu barədə məlumatlandırılıb.
 
Qəbul zamanı məhkumlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.
 
Müəssisədə saxlanılma şəraitinin yaxşılaşdırılması məqsədilə görülən işlərin davam etdirildiyi müşahidə edilib, həyata keçirilən işlər çərçivəsində saxlanılma şəraitinin təkmilləşdirilməsinə olan ehtiyacın aradan qaldırılması, habelə xidmət əməkdaşlarının məhkumlarla rəftarına dair MPQ üzvləri tərəfindən müəssisə rəhbərliyi ilə müzakirələr aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun müvafiq tövsiyələr verilib.
 
Başçəkmənin nəticəsi ilə bağlı aidiyyəti qurumlara müraciət olunacaq.


Xəbəri paylaş

5658 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___