Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Həmsədrlərin regiona təkrar səfəri planlaşdırılıb" - Hikmət Hacıyev
Tarix: 12-07-2017 | Saat: 13:52
Bölmə:Karusel / Siyasət / Gündəm | çapa göndər



Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 11-də Brüsseldə keçirilmiş görüşü ilə əlaqədar XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verib.
 
H.Hacıyev bildirib ki, görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən xarici işlər nazirlərinin bu il BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşünün keçirilməsi təklif edilib və Azərbaycan tərəfi bu təklifə razılığını bildirib.
 
H.Hacıyevin sözlərinə görə, həmsədrlər tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barəsində təklif hər iki ölkənin xarici işlər nazirləri tərəfindən dövlət başçılarına məruzə ediləcək.  2017-ci ilin payızında həmsədrlərin regiona təkrar səfəri planlaşdırılıb.
 
Qurum rəsmisi qeyd edib ki, görüş əsnasında xarici işlər naziri Elmar Məmmədyarov bir daha bildirib ki, münaqişə ilə əlaqədar gərginliyin azaldılması və regionda təhlükəsizliyin təmin olunması üçün həmsədrlərin təqdim etdikləri mövcud planlara uyğun olaraq, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır.
 
Görüşdə hər hansı mexanizmlərin yaradılması müzakirə mövzusu olmayib. 


Xəbəri paylaş

6208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___