Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Generalın rəis bacısı oğlu DƏHŞƏTLİ QƏZA TÖRƏTDİ - FOTO/VİDEO (YENİLƏNDİ)
Tarix: 12-07-2017 | Saat: 11:21
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV / Fotogalereya | çapa göndər

Generalın rəis bacısı oğlu DƏHŞƏTLİ QƏZA TÖRƏTDİ - FOTO/VİDEO (YENİLƏNDİ)
Qəza nəticəsində xəsarət alan sürücü Cabir Hüseynov 3 saylı Kliniki Tibbi Mərkəzdən "Təcili yardım" maşını vasitəsi ilə Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüb.
Hazırda yaralının müalicəsi davam etdirilir.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) Texniki Təminat Şöbəsinin rəisi, polis kapitanı Hüseynov Cabir Firdovsi oğlu DİN-in Baş Kadrlar İdarəsinin rəisi general-mayor Rafiq Abbasovun bacısı oğludur.
***
01:52
Bakıda yol qəzası baş verib.
Xəbəraz.Az "report"a istinadən xəbər verir ki, hadisə aeroport yolunda qeydə alınıb.
Belə ki, "Range Rover" markalı avtomobil yol arakəsmələrini təmizləyən "KamAZ" su maşınına çırpılıb. Hadisə nəticəsində avtomobil deformasiyaya uğrayıb və sürücü nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları cəlb edilib. FHN əməkdaşları deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü nəqliyyat vasitəsindən çıxarıblar.
Qeyd edək ki, sürücü Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) şöbə rəisi, 31 yaşlı polis kapitanı Cabir Firdovsi oğlu Hüseynovdur. O, qəza zamanı ağır xəsarət alıb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hadisə ilə əlaqədar ərazidə tıxac yaranıb. Faktla bağlı araşdırmalara başlanılıb.





Xəbəri paylaş

1 7508 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___