Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xoşxassəli və bədxassəli şişlərin fərqi
Tarix: 11-07-2017 | Saat: 12:34
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

b_400_280_16777215_0___images_stories_ONKOLOGIYA_rakkletki.jpeg
Bütün şişlər xoşxassəli və bədxassəli şişlərə ayrılır. Bu şişləri bir birindən fərqləndirən müxtəlif əlamətlər var.
1. Xoşxassəli şişlərin hüceyrələri quruluş və funksiyalarına görə normal (sağlam) hüceyrələrə bənzəyir.
Bədxassəli şişlərin hüceyrələri orqanizmin sağlam hüceyrələrindən ciddi fərqlənirlər. Bəzən bu fərq o dərəcədə çox olur ki, mikroskop altında bu şiş hansı toxuma və ya orqandan inkişaf etməsini müəyyən etmək mümkün olmur. Bu ondan izah olunur ki, bədxassəli şişlərin hüceyrələri böyük sürətlə bölünür və bu səbəbdən normal hüceyrələrə hətta bənzəməyə "çatdırmırlar". Şiş hüceyrələri adətən "eybəcər" olur və bir birinə bənzəmirlər.
2. Xoşxassəli şişlər adətən asta böyüyür və ətrafda olan toxuma və orqanları sanki "aralayır". Bədxassəli şişlər isə sürətlə böyüyür və ətrafdaki orqan və toxumaların  içərisinə keçir (infiltrasiya edir). Görünüşünə görə yarma zamanı bədxassəli şiş xərçəngin ayaqlarına bənzəyir. Məhz bu səbəbdən xəstəlik "xərçəng" adı ilə tanınır.
3. Bədəxassəli şiş böyüdükdə onun hüceyrələri qoparır və qan və ya limfa axını ilə  digər orqanlara yayıla bilir. Nəticədə burada ikincili şiş inkişaf etməyə başlayır. Yalnız bədxassəli şişlər metastazlar verir. Xoşxassıli şişlərə bu proses xas deyil.
Əsas metastazvermə yolları:
- Limfogen (limfatık damarlarla limfanın axını ilə). Bu ən tez-tez təsadüf edilən metastazvermə yoludur. Limfatik düyünlər orqanizm üçün yad olan bütün mikroblar, infeksiyalar, yad cisimlər və, o cümlədən, şiş hüceyrələri üçün maneə rolunu oynayır. Bu düyünlərə düşən yad cisimlər burada saxlanılır və tədricən makrofaq hüceyrələri (leykositlərin növü) tərəfindən məhv edilir. Lakin xərçəng hüceyrələri çox olduqda limfatik düyünlər bunların öhdəsindən gələ bilmir və nəticədə bu hüceyrələr müxtəlif orqanlara yayılır. Nəzərinizə çatdıraq ki, bizim orqanizmimizdə daim xərçəng hüceyrələri əmələ gəlir və bizim immun sistemimiz onlarla daim mübarizə aparır.
- Homogen (qanın axını ilə). Xərçəng hüceyrələri kapilyar və qan damarlarına düşür. Hər bir şiş müxtəlif üsulla yayılır. Lakin bəzi şişlər orqanizmdə hər bir "istiqamətdə"  yayıla bilirlər. Misal üçün, sümüklərin şişləri daha tez-tez ağ ciyərlərə, bağırsaq şişi qara ciyərə metastaz verir.
- İmplantasion üsul (seroz qişa ilə). Bədxassəli şişin hüceyrələri orqanın bütün divarlarını keçərək seroz qişası ilə örtülmüş qarın və ya döş boşluğuna düşə bilər. Burada seroz qişası ilə hüceyrələr hərəkət edir (miqrasiya edir).
4. Residivləşmə. Hətta cərrah bədxassəli şişi tam xaric etdikdə belə, burada qalmış ayrı-ayrı xərçəng hüceyrələri vaxt keçdikcə yenidən xərçəng şişi əmələ gətirə bilir. Buna xərçəngin "residivləşməsi" (yenidən qayıdması) deyilir. Bütün bədxassəli şişlər residivləşə bilirlər. Xoşxassəli şişlərdən yalnız "əsas" olanlar yenidən əmələ gələ bilirlər. Onu da nəzərinizə çatdıraq ki, xoşxassəli şişlər bəzən bədxassəli şişlərə çevrilə bilir. Məsələn, uzun illər ərzində dəridə olan xoşxassəli şiş (lipoma, papilloma və s.) tez-tez zədələdikdə (paltardan, ülgücdən və s.) bədxassəli şişə (dəri xərçəngi - "melanoma") çevrilə bilər. Bu proses "maliqnizasiya" adlandırılır.
5. Xoşxassəli şişlər yerli təsir edir - narahatçılıq, bəzən ağrı verir, sinirləri, damarları, ətrafdakı orqanları sıxırlar. Yalnız istisna hallarda belə şişlər insanın ölümünə səbəb ola bilər.
Bədxassəli şişlər isə ölümün səbəbi kimi dünyada 2-ci yer tutur. Bu şişlər intoksikasiyaya səbəb olub xəstəni kaxeksiya (həddən artıq arıqlama) vəziyyətinə qədər çatdıra bilir. Bu niyə baş verir?
- Xərçəng şişinin hüceyrələri çox sürətlə bölünür və inkişaf edirlər. Bu prosesə  orqanizmə daxil olan qidalı maddələrin (qlükoza, aminoturşular və s.) bir çox hissəsi sərf olunur. Təbii ki, nəticədə sağlam toxumalara "qida" çatmır. Xəstə zəiflik, süstlük hiss edir, sürətlə arıqlayır.
- Sürətlə böyüməkdə olan şişin mərkəzi bir müddətdən sonra məhv olur (nekroz) və külli miqdarda olan ölmüş xərçəng hüceyrələri qana sovrularaq orqanizmi zəhərləməyə başlayır (intoksikasiya verir). Xəstənin rəngi ağarır, iştahası itir, həyata olan maraq azalır.
Orqanizmdə olan zədə və heceyrələrin məhv olunması iltihabi reaksiyaya səbəb olur. Nekroz ətrafında iltihab yaranır. Bu səbəbdən ağır xərçəng xəstələrində tez-tez hərarət qalxır.
6. Xoşxassəli şişlər insanda ağrıya səbəb ola bilər. Lakin bədxassəli şişlər bəzi xəstələrdə o dərəcədə güclü ağrılara səbəb olurlar ki, belə ağrıları yalnız narkotik vasitələrin köməyilə aradan qaldırmaq mükün olur.


Xəbəri paylaş

9818 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___