Yerə yaxınlaşan "Ölüm asteroidi" təhlükə yaradacaqmı? - Rəsədxanadan CAVAB
Tarix: 10-07-2017 | Saat: 21:43
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanası "Ölüm asteroidi"nin Yerə yaxınlaşmasının təhlükə yaradıb-yaratmayacağına aydınlıq gətirib.
AMEA Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov Trend-ə deyib ki, belə asteroidlər il ərzində 3-4 dəfə Yerin yaxınlığından keçirlər: "Bunlar xırda göy çisimləridir. Yerə düşsə, böyük təhlükə törədə bilərlər. Amma indi belə bir ehtimal yoxdur".
Belə asteroidlərin sürətinin böyük olduğunu qeyd edən X.Mikayılov bildirib ki, sabah asteroidin Yerin yanından keçərkən sürətinin saatda 74700 kilometr olacağı gözlənilir:
"Bu, o deməkdir ki, asteroid saniyədə 20 min km gedir. Bu, bütün göy çisimlərinin sürətinə yaxındır. Lakin bu asteroid Yerdən çox uzaq məsafədən keçir, onun heç Yerə yaxınlaşma ehtimalı yoxdur və Yer üçün təhlükəli deyil. Buna baxmayaraq, hər dəfə insanlar arasında təşviş yaradırlar".
X.Mikayılov qeyd edib ki, iyulun 11-də gecə kiçik teleskoplarla, eyni zamanda obyektivi çox böyük olan fotoaparatlarla asteroidin Yerə yaxınlaşmasını müşahidə etmək olar:
"Asteroid böyük sürətlə gəlib keçəcək. O, obyektivdə uzun, nazik xətt kimi görünəcək".
Xəbəri paylaş
9138 dəfə oxunub.
Digər xəbərlər

29-09-2022, 11:13
Lənkəranda axund məsciddə namaz qılarkən bıçaqlanıb
13-12-2018, 16:44
Adrianadan ayrıldığı deyilən Metində açıqlama-“Ayrılmamışıq"
5-04-2018, 17:19
Metronun daha bir stansiyası təmirə bağlanır
12-12-2018, 17:48
Öskürəyi kəsən təbii vasitə. Soğan-sarımsaq miksturası
1-09-2017, 23:26
Azərbaycanlı stilistdən iddialı - Fotolayihə
1-11-2016, 09:49
Xanımların həyatını çətinləşdirən 5 eyb
13-06-2017, 18:36
Milyarder ana oğluna Nazənini aldı - dünyanın ən bahalı toyu - FOTO
12-08-2015, 12:34
İşdən çıxarılan direktor məktəbdə “moyka” ...
9-06-2015, 23:19
İŞİD-lə bağlı şok iddia: Bu silah onların əlində (VİDEO, FOTO)
14-07-2021, 20:14
“Zəngəzur, Göyçə və İrəvan...” – İrəliləyəcəyik!