Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu ilin ilk yarısında Bakıda 73 cinayətkar qrup ifşa edilib
Tarix: 08-07-2017 | Saat: 18:59
Bölmə:Karusel / Gündəm | çapa göndər



Bu ilin ilk yarısında Baş İdarənin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 2669 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 206 bağlı cinayət açılıb.
 
Apa-nın xəbərinə görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsində keçirilən 2017-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirilib. Qeyd olunub ki, 51 soyğunçuluq və quldurluq cinayəti törətmiş 76 nəfərdən ibarət 34 qrup, eləcə də 66 mənzil oğurluğu törətmiş 83 nəfərdən ibarət 39 cinayətkar qrup ifşa edilib.
 
Narkotiklərlə bağlı aşkar edilmiş 468 fakt üzrə qanunsuz dövriyyədən 234 kq-dan çox narkotik vasitə çıxarılıb.
 
Mülkiyyət əleyhinə olan cinayətlərin, o cümlədən mənzillərdən edilən oğurluqların qarşısının alınmasında mühüm rol oynayan mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi üzrə təbliğat işinə də diqqətlə yanaşılaraq 492 müvafiq müraciətdən 341-nin icrası təmin olunub.


Xəbəri paylaş

6008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___