Pomidor, kələm, yoxsa ekzotik gül?
Tarix: 08-07-2017 | Saat: 12:20
Bölmə:Karusel / Maraqlı / Fotogalereya | çapa göndər
Şabranlı təsərrüfatçı Rəşad Novruzov pomidor sahəsində qeyri-adi halla rastlaşıb. Onun yetişdirdiyi pomidorların forması görənləri təəccübləndirir.
Rəşad Novruzov rayonun Rəhimli kəndində bir hektara yaxın sahədə pomidor becərir. Təsərrüfatçı bu il pomidorun "Sultan” adlanan növünü əkib. Məhsul yetişmək ərəfəsində olanda isə kiçik bir ərazidə pomidorların formasının fərqli olduğunu müşahidə edib. Buradakı şitillərin üzərində olan pomidorlar formasına görə ilk baxışda kələmi və ya hansısa ekzotik gülü xatırladır.
İlk dəfədir belə halla rastlaşan Rəşad Novruzov bu çatışmazlığın toxumlarda və ya şitillərdə olan hər hansı xəstəliklə əlaqəli baş verdiyini ehtimal edir. Bundan başqa, həmin pomidorların başqa tərəvəzlərlə tozlanması da buna səbəb ola bilər.
Təsərrüfatçı bildirir ki, pomidorun qeyri-adi formada yetişməsi məhsuldarlığa mənfi təsir göstərməyib. Həmin şitillərin üzərində də bol məhsul var.
Şabranlı təsərrüfatçı qeyri-adi formada olan pomidorları qızardıqdan sonra hansı formada olacağını müşahidə etmək üçün tam yetişənədək tağda saxlamaq fikrindədir.
(Azərtac)
Xəbəri paylaş
8368 dəfə oxunub.
Digər xəbərlər

21-11-2015, 19:04
Porno ulduzların yarışması başlayır - video
8-06-2021, 09:42
"Azərişıq" Ağstafa sakinlərinə maddi ziyan da vurur... - GİLEY
1-04-2017, 02:12
Aleksandr Lakazettin qiyməti açıqlandı
31-08-2020, 16:34
Təhsil Nazirliyindən valideynlərə XƏBƏRDARLIQ
13-11-2022, 12:41
Kliniki Tibbi Mərkəzin həyətində narkomanlar peyda oldu
27-04-2017, 20:25
Çimərlikdə özündən 39 yaş kiçik sevgilisilə belə əyləndi - FOTOLAR
23-07-2022, 11:30
Karantin qayıtsa cəmiyyət ŞOK KEÇİRƏCƏK - Psixoloq qadağalarla bağlı XƏBƏRDARLIQ ETDİ
11-03-2021, 16:22
İsrail Qarabağla bağlı Bakıya bunu təklif edir - Qut