Bakı metrosu yay qrafikinə keçir
Tarix: 07-07-2017 | Saat: 12:28
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Yay mövsümünün başlanması, tədris mövsümünün başa çatması, həmçinin paytaxt sakinlərinin yay istirahətini şəhərdən kənarda keçirmələri metropolitendə sərnişin axınının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur ki, bu da “Bakı Metropoliteni”ndə qatarların hərəkət qrafikində dəyişiklik edilməsi zərurətini yaradır”.
Bunu "Apa-economics"ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
N.Paşayevin sözlərinə görə, Bakı Metropoliteni QSC-nin sədri Zaur Hüseynovun əmrinə əsasən, iyul ayının 10-dan metropolitendə qatarların hərəkətində yay qrafikinin tətbiqinə başlanılır.
“Qrafikə uyğun olaraq, tərtib edilən cədvələ görə, bir saat ərzində hərəkət yükü nəzərə alınaraq, xətlərdə qatarlararası intervallarda dəyişikliklər edilib. Pik saatlarda “Həzi Aslanov” stansiyasından “28 May” stansiyasına qədər və əks istiqamətdə interval 2,5 dəqiqə olacaq. Qalan vaxtlarda bu istiqamətdə 3 dəqiqəlik intervalla hesablanmış hərəkət təşkil ediləcək. Məlumdur ki, metropolitendə iki xətt olsa da, qatarlar yolun əsas hissəsini bir xətt üzrə qət edir. Buna görə də, metronun “28 May” stansiyasından sonra hərəkət zamanı həm “İçərişəhər”, həm də “Dərnəgül” stansiyaları istiqamətində interval iki dəfə artır. Buna uyğun olaraq, həmin sahələrdə qatarlar gur saatlarda 5, digər vaxtlarda isə 6 dəqiqə uzaqlıqda olmaqla hərəkət edir”, - deyə N.Paşayev əlavə edib.
Qeyd edək ki, gur hərəkət səhər saat 8-dən 10-a, axşam isə 6-dan 9-un yarısına qədərdir. Yalnız gecə saatlarına yaxın və qeyri-iş günləri hərəkət fərqli intervalla təşkil edilir. Yay qrafiki yeni tədris mövsümünə qədər qüvvədə olacaq.
Xəbəri paylaş
6248 dəfə oxunub.
Digər xəbərlər

30-12-2018, 11:51
Azərbaycanda işsizlik azalır
27-12-2023, 18:29
Bu şəxslərə güzəştlər ediləcək - Yanvarın 1-dən 200 manat...
19-06-2020, 13:08
Samir Şərifov deputatı sərt tənqid etdi
3-09-2015, 01:37
"Google" öz loqotipinə dəyişikliklər edib
18-12-2021, 12:09
Bakıda polkovnik maşını “Kalaşnikov”la atəşə tutdu + FOTO
6-02-2022, 09:38
Məktəb direktoru müəllimi TƏHQİR ETDİ – “Ay eşşək, ay sıpa, ay qaban səni öldürtdürəcəyəm” – VİDEO 16+
22-11-2016, 19:23
Samirə Əliyeva: “Mən axtardığımı tapdım” - FOTOLAYİHƏSİNDƏ
27-10-2022, 11:15
Türkiyədə Rövşən Lənkəranskinin adamı qətlə yetirildi - FOTO
30-07-2015, 19:44
Əfqan talibləri özlərinə yeni lider seçdilər