Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ağdaşda avtomobil qəzasında xəsarət alanların kimliyi müəyyənləşib - YENİLƏNİB
Tarix: 06-07-2017 | Saat: 14:36
Bölmə:Karusel / Hadisə | çapa göndər



Ağdaş rayonunda “Mercedes” markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində xəsarət 4 nəfər şəxsin adı məlum olub.
 
Apa-nın yerli bürosunun xəbərinə görə bu gün saat 10:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaşın Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı Ağdaşın Qulbəndə kənd sakini, 1982-ci il təvəllüdlü Həsənov Tərlan Rafael oğlu, Ləki qəsəbə sakini, 1992-ci il təvəllüdlü İbadov Niyaməddin Əvəz oğlu, Orta Ləki kənd sakini, 1979-cu il təvəllüdlü Mustafayeva Rahilə Cəmil qızı, Yuxarı Ləki kənd sakini, 1940-cı il təvəllüdlü Musayev Cəmil Səməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Onların vəziyyəti ağırdır.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. 
 
 
11:20
 
 
Ağdaş rayonunda 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
 
Apa-nın yerli bürosunun xəbərinə görə hadisə, hadisə bu gün saat 10:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaşın Yenikənd kəndi ərazisindən keçən hissəsində olub.
 
Minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onların vəziyyəti ağır kimi dəyərləndirilir. Həmin şəxslərin adları hələlik məlum deyil.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.    


Xəbəri paylaş

6178 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___