Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
KLEPTOMANİYA - cinayət, yoxsa xəstəlik?
Tarix: 06-07-2017 | Saat: 10:56
Bölmə:Karusel / Dünya / Maraqlı / M2 / Fotogalereya | çapa göndər

KLEPTOMANİYA - cinayət, yoxsa xəstəlik?
Kleptomaniya - qarşısıalınmaz, ogurluğa cəhd hissidir. Bu xəstəlikdən əziyyət çəkən insanlar kleptoman adlanırlar. Kleptomanlar, ehtiyac duymadıqları və istifadə etməyəcəkləri halda əşyaları icazəsiz götürür, daha doğrusu, oğurlayırlar. Onlar oğurlanacaq əşyadan deyil, prosesin özündən həzz alırlar. Lakin bu o demək deyil ki, kleptomanlar günahsız və məsumdurlar.
Bu gün dünyada hər 1000 nəfərdən 6-sı kleptomaniyadan əziyyət çəkir. Xəstəlik özünü erkən yaşlardan etibarən göstərməyə başlayır. Qadın kleptomanların sayı kişilərə nisbətən daha çoxdur.
Dünyanın ən məşhur kleptomanlarının siyahısını təqdim edirik.
1. Lindsi Lohan
Məşhur Hollivud ulduzu Lindsi Lohan kleptomaniyadan əziyyət çəkir. Aktrisa dəfələrlə filmlərin çəkiliş meydançalarından bahalı geyimlər və zinyət əşyaları oğurlayıb. Prodüserlər gərginlik yaşanmasın deyə aktrisanın bu vərdişinə çox vaxt göz yumurlar. Lohanın bir dəfə çəkiliş meydançasından 15 min dollar məbləğində don oğurladığı da, iddia olunur.

2. Peris Hilton
Dünyanın ən varlı qadınlarından biri olan Peris Hilton da kleptomandır. Deyilənə görə, Peris məşhur “Damiani” firmasından kirayələdiyi zinyət əşyalarını günlərlə öz seyfində gizlədibmiş. Bir gün xanım Hiltonun evinə oğrular girir və əşyaları oğurlayırlar. Tezliklə polislər oğruları yaxalayır, lakin Perisin zinyət əşyalarını öz seyfində günlərlə gizlətməyi hələ də, müəmmalı qalır.

3. Robert Pattinson
Alatoranlıq filminin ulduzu Robert Pattinson çəkilişlərindən həmən sonra, çəkiliş zamanı geyindiyi bütün bahalı geyimləri götürüb, heç kimə xəbər etmədən qaçıb. Filmin geyim dizaynerləri ümumiyyətlə, yaradıcı heyəti aktyora hiddətlənsələr də, onu məhkəməyə verməyiblər.

4. Britni Spirs
Kleptoman ulduzlar sırasında Britni Spirs də var. Müğənni xanım, getdiyi mağazalardan mütləq lazımsız bir əşya oğurlayır. O, özü də etiraf edir ki, bu vərdişinin qarşısını ala bilmir.

5. Ledi Qaqa
Ledi Qaqa da kleptomandır. Maraqlısı budur ki, müğənni xanım bu faktı inkar etmir. Hər dəfə törətdiyi oğurluq hadisələrinə haqq qazandıraraq, sadəcə xatırlamadığını qeyd edir.

6. Coni Depp
Coni Depp “Oskar” mükafatının təqdimetmə mərasimlərinin birində öz sənət yoldaşı Harrson Fordun kirayələdiyi Limuzin markalı maşını oğurlayıb, qaçmışdı. Sonradan səhvini boynuna alan aktyor, həmin gün əhvalının yaxşı olmadığına görə bu addımı atdığını etiraf etmişdi.


(publika)


Xəbəri paylaş

7258 dəfə oxunub.

Digər xəbərlər
26-01-2017, 20:34 Quru nanənin faydaları

bütün xəbərlər
____ Instagram ___