Nazirlik əməkdaşlarına hücum edən şəxslər tutuldu
Tarix: 04-07-2017 | Saat: 12:35
Bölmə:Karusel / Hadisə | çapa göndər
İyulun 1-i gecə saat 2 radələrində Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kürdəsər meşəbəyliyinin 9 saylı dolayının meşə gözətçisi müəssisənin direktoruna zəng edərək bir neçə şəxsin "QAZ 66" markalı avtomaşınla meşə ərazisinə daxil olduğunu bildirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən verilən məlumata görə, dərhal müəssisənin direktoru, meşəbəyi və digər işçilər Lerik rayonunun Kirkan kəndi ərazisində Kürdəsər meşəbəyliyinin 9 saylı dolayına yollanıb və 14 nəfərdən ibarət dəstənin motomişarla ağacları kəsdiyinin şahidi olublar.
Meşə mühafizəçiləri qanunvericiliyə uyğun olaraq həmin şəxslərdən qırıntının dərhal dayandırılmasını tələb etdikdə dəstə üzvləri meşə işçilərinə hücum edib, əllərindəki küt alətlərlə müəssisənin direktoru Eyvaz Babayevə və meşə gözətçisi Adıgözəl Cavadova ağır bədən xəsarətləri yetiriblər.
Nəticədə meşə gözətçisi başından ağır zərbə alıb, direktorun qolu iki yerdən sınıb. Xəsarət alanlar digər meşə işçiləri tərəfindən xəstəxanaya çatdırılıb. Gözətçinin başına bir neçə yerdən tikiş qoyulub, direktorun qolu gipsə salınıb.
Məlum olub ki, meşə işçilərinə, xidməti vəzifələrini yerinə yetirərkən ağır bədən xəsarətləri yetirənlərin hamısı Lənkəran rayonunun köhnə Kirgan kəndinin sakinləridir. Bu şəxslər dəfələrlə qəsdən ETSN-yə meşə işçilərindən şikayət edərək onları şantajla təzyiq altında saxlamaq və bununla meşədə öz qanunsuz qırıntılarına göz yumulmasına şərait yaradılmasına nail olmaq istəyiblər.
Qeyd olunub ki, meşələrin mühafizəsi zamanı meşə işçiləri ayrı-ayrı şəxslərin ciddi müqavimətləri ilə tez-tez üzləşirlər.
***
Lerikdə meşəçilərə ağır bədən xəsarətləri yetirən ata və iki oğlu tutulub.
Məlumata görə, Lənkəranın Gəgiran kənd sakinləri İdris Novruzov və onun oğlanları Adil Novruzov və Rövşən Novruzov Lerik rayon polis əməkdaşları tərəfindən saxlanılıb.
Onların barəsində həbs qətimkan tədbiri seçilib.
Xəbəri paylaş
6758 dəfə oxunub.
Digər xəbərlər

14-05-2016, 15:59
“Meyiti yerdə idi, ağzı-burnu da qan içində” — Polis bölməsinə aparılan gəncin müəmmalı ölümü
19-08-2021, 13:33
“Marin Group” şirkəti insanları evlərindən sürüyə-sürüyə çıxardır - Vətəndaşdan İDDİA
15-06-2016, 13:01
Prezident AŞPA məruzəçilərini qəbul etdi
2-05-2017, 10:52
Bugündən hava dəyişəcək: Yağış, dolu... - XƏBƏRDARLIQ
30-04-2021, 12:22
Avtobus sürücüsünü döyən şəxslə bağlı DİN-dən AÇIQLAMA
30-06-2015, 20:35
İlham Əliyev Kanadanın General-Qubernatorunu təbrik etdi
8-01-2016, 10:52
Azərbaycanda pensiya alanların sayı açıqlandı
30-03-2017, 16:50
Proqnozlar Bürosu: Sabah başlayacaq güclü külək aprelin 1-də zəifləyəcək
27-03-2018, 11:50
Milli Məclisin aprelin 3-də keçiriləcək iclasının gündəliyi açıqlanıb
11-06-2022, 14:36
Bakıda kişi qızlarına işgəncə verir: Araşdırmalar başlandı