Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu il Bakıda əsas kapitala 5,3 mlrd. manat yatırılıb
Tarix: 04-07-2017 | Saat: 11:00
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər



2017-ci ilin yanvar-may aylarında Bakı şəhərinin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 mlrd. 298,1 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6% az vəsait yönəldilib.
 
Bakı Şəhər Statistika İdarəsindən "Apa-economics"ə verilən məlumata görə, ümumi sərmayənin 30,9%-i dövlət, 69,1%-i qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 71,7%-i tikinti-quraşdırma işlərinə sərf edilib.
 
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 32,9%-ini təşkil edib. Xarici müəssisə və təşkilatlar tərəfindən isə əsas kapitala 3 mlrd. 553,9 mln. manat vəsait yönəldilib.
 
2017-ci ilin yanvar-may aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 73,1%-ini tikinti, yenidənqurma və genişləndirmə, 5,1%-ini əsaslı təmir, 3,3%-ini cari təmir, 18,5%-ini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 89,1%-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.


Xəbəri paylaş

6508 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___