7 nəfəri gün vurdu - Günvurmadan belə qorunun!
Tarix: 03-07-2017 | Saat: 13:21
Bölmə:Karusel / Gündəm / Səhiyyə | çapa göndər
Havaların isti keçməsi ilə əlaqədar olaraq iyun ayından etibarən bu günə kimi Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasına günvurma diaqnozu ilə müraciət edənlərin sayı 7 nəfər olub.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevin verdiyi məlumata görə, günvurma şikayəti ilə müraciət edənlərin hər birinə lazımi tibbi yardım göstərilərək evlərinə buraxılıblar, iki nəfər isə xəstəxanaya yerləşdirilib.
R.Nağıyev günvurmadan qorunmaq üçün bəzi məsləhətlər də verib: “Vətəndaşlara günvurmadan qorunmaq məqsədi ilə günorta vaxtlarında açıq havada çox olmamaq, qoruyucu vasitələrdən istifadə etmək, çoxlu sərin maye qəbul etmək tövsiyə olunur. Hətta yüngül dərəcəli günvurma halları olduqda belə vətəndaşın durumuna nəzarət məqsədilə ərazi poliklinikasına müraciət etməsi məsləhət görülür. Vətəndaşlar bilməlidir ki, səhər saat 11.00-dan axşam saat 17.00-dək açıq havada qalmaq təhlükəlidir. İnsanlar daim sərinləşdirici maye qəbul etməlidirlər”.
Baş həkim günvurmaya məruz qalan insanlara ilk tibbi yardımın göstərilməsi ilə bağlı da tövsiyələrini açıqlayıb: “Gün vuran insanı dərhal kölgəyə çəkmək, ona sərinləşdirici maye içirtmək, bədənin açıq hissələrinə soyuq suda isladılmış parça ya dəsmal qoymaq lazımdır. Eyni zamanda təcili tibbi yardıma müraciət etmək də vacibdir".
(lent.az)
Xəbəri paylaş
1 0568 dəfə oxunub.
Digər xəbərlər

3-07-2015, 10:15
Çində güclü zəlzələ
3-07-2017, 14:29
Bu YUXULAR sizdə olan XƏSTƏLİKLƏRdən xəbər verir! Qaçırmayın!
6-05-2016, 00:58
İrəvan "DQR"-i tanısa, prosesdən çıxacaq...
15-12-2016, 10:48
İlham Əliyev ABŞ-ın xüsusi elçisini qəbul etdi
24-02-2019, 22:57
Meyxanaçının səsi qonşu ölkə İrandan gəlir-Video
26-07-2015, 11:53
Kişi saatından tanınar - Bəs sənin saatın?
10-02-2020, 14:35
Mikayıl Cabbarov Gürcüstana getdi - FOTO
21-12-2017, 12:57
Fədayə Laçın yenidən məhkəmə qarşısında
29-03-2015, 15:26
Yol polisindən radarlarla bağlı yeni qərar