Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Burda hər şey əla qurulub” – “Qəbələ”nin yeni transferi
Tarix: 03-07-2017 | Saat: 11:48
Bölmə:Karusel / İdman | çapa göndər


“Qəbələ” böyük klubdu. Bu komandanın avrokuboklardakı uğurlu çıxışına baxın”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin yeni transferi Endi Hallidey deyib.
 
“Qırmızı-qaralar”ın “Reyncers”dən icarəyə götürdüyü 26 yaşlı yarımmüdafiəçi Britaniya mətbuatına açıqlamasında yeni komandası barədə danışıb.
 
Hallidey Azərbaycan klubunda uğur qazanacağına inandığını bildirib: “Hələ müqavilə imzalamazdan əvvəl klub barədə geniş məlumat toplamışdım. Keçmişdə bu komandanın formasını geyinmiş Qrem Smit və Şimali İrlandiya yığmasının heyətində Azərbaycana qarşı oynamış Li Hodsonla məsləhətləşmişdim. Onların hər ikisi gözəl ölkə olduğunu demişdi. İndi komandanın bir hissəsi olmaq, Avropa futbolunda yeni cığır açmaq istəyirəm. Hiss edirəm ki, burda hər şey əla qurulub. Gərgin rəqabət şəraitində keçəcək oyunları səbirsizliklə gözləyirəm. Doğrudu, çempionat barədə ətraflı məlumatım yoxdu. Ancaq tezliklə bunu da öyrənəcəm. Hazırda çox gözəl kollektivimiz var”.
 
Qeyd edək ki, “Qəbələ” Endi Hallideyi birillik icarəyə götürüb.


Xəbəri paylaş

6358 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___