Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yəməndə vəba epidemiyası: 1500 ÖLÜ
Tarix: 02-07-2017 | Saat: 11:19
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər

Yəməndə vəba epidemiyası: 1500 ÖLÜ
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Yəməndəki nümayəndəsi Neqio Zaqaria bu ölkədə vəba epidemiyasının 1500 nəfərin həyatına son qoyduğunu bildirib.
Dünya Bankının YUNİSEF-lə birllikdə keçirdiyi konfransında çıxış edən Zaqarianın sözlərinə görə, hazırda ölkədə 264 min vəbaya yoluxma qeydə alınıb. Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatının Yəməndə fövqəladə hallar üzrə baş məsləhətçisi Əhməd Zuiten epidemiyanın ölkədə 1400 nəfərdən çox insanın həyatına son qoyduğunu xəbər verib.
Onun sözlərinə görə, Yəməndə iki ildən arrtıq davam edən aktiv hərbi əməliyyatlar səbəbindən ölkədəki infrastrukrutun dağılması ölkədə vəba epidemiyasının yaranmasına şərait yaradıb.
Bununla yanaşı, son bir həftədə xəstəliyə yoluxma sayı əvvəlki həftə ilə müqayisədə 39 min nəfərə qədər azalıb. Onda orta hesabla 41 min nəfər xəstələnib.


Xəbəri paylaş

6888 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___