Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İnstagram-da canlı yayında ölüm: model rəfiqələr içib qəzada öldülər - VİDEO - FOTO
Tarix: 01-07-2017 | Saat: 12:21
Bölmə:Karusel / Hadisə / Dünya / Xəbəraz TV | çapa göndər

 
Ukraynanın Xarkov vilayətində ağır qəza yaşanıb. Qəzada 2 model - 24 yaşlı Daşa Medvedevavə 16 yaşlı Sofiya Maqerko həlak olublar.
Sofiya Maqerko BMW avtomobilinin sükanı arxasında olarkən mobil telefonu ilə İnstagram-da videotranslyasiyaya qoşulub. Bu zaman o və sərnişin oturacağında Daşa Medvedeva əvvəl pivə, sonra viski içiblər.
Sərxoş Sofiya avtomobilin öhdəsindən gəlməyib. Boş yolda maşın hərəkət zolağından çıxıb, əvvəlcə yol kənarındakı ağaca, sonra da dirəyə dəyib.
Faciə Xarkov vilayətindəki İzyum şəhərinin mərkəzi küçələrindən olan Müstəqillik prospektində, yerli vaxtla səhər saat 3.30 radələrində baş verib.
İnstagram-dakı videotranslyasiya zamanı maşında olan qızlar spirtli içki içiblər, uca səslə mahnı oxuyublar, əllərini yelləyərək yerlərində rəqs ediblər.
Maşınsa qaranlıq yolda sürətlə hərəkət edirdi.
Az sonra translyasiyada Daşanın qışqırtısı, bir qədər keçəndə isə qəzanın xarakterik səsi eşidilib və qara ekran peyda olub.
16 yaşlı Sofiya Maqerko hadisə yerində həlak olub. 24 yaşlı Daşa Medvedeva isə onu xəstəxanaya aparan təcili yardım maşınında keçinib.
S.Maqerko Ukraynada keçirilmiş gözəllik müsabiqəsində qalib gəlmişdi.


Xəbəri paylaş

8128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___