Millət vəkili Heydər Əliyev, Rəsulzadə və Elçibəyin adına universitetlərin yaradılmasını təklif edib
Tarix: 30-06-2017 | Saat: 13:27
Bölmə:Karusel / Gündəm | çapa göndər
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsi müzakirəsi zamanı Qüdrət Həsənquliyev deyib ki, gələn il Heydər Əliyevin anadan olmasının 95, Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135, Əbülfəz Elçibəyin anadan olmasının isə 80 illiyi qeyd olunacaq.
“Azərbaycanda universitetlərin sayı digər ölkələrlə müqayisədə 2,5 dəfə azdır. Eyni zamanda, ölkəmiz tələbə və alimlərin sayına görə də digər ölkələrdən geri qalır. Ona görə də hesab edirəm ki, təhsilin keyfiyyətini yüksəltməklə yanaşı, yeni universitetlər yaradılmalıdır.
Təklif edirəm ki, hər üç şəxsiyyətin adı ilə bağlı yeni universitetlər açılsın. Bununla, həm də onların ruhu şad olar.
Vaxtilə Heydər Əliyev Əbülfəz Elçibəyə ehtiramını bildirmək üçün onun dəfn mərasimində iştirak etdi, Elçibəy də ölkənin ən ağır günlərində Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməklə, ona olan tarixi münasibətini göstərdi. Odur ki, bu təklif reallaşdırılarsa, yaxşı olar".
Xəbəri paylaş
6768 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 30-06-2017 | Saat: 13:27
Bölmə:Karusel / Gündəm | çapa göndər
Millət vəkili Qüdrət Həsənquliyev Heydər Əliyev, Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəyin adını daşıyan üç universitetin yaradılması təklifi ilə çıxış edib.
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsi müzakirəsi zamanı Qüdrət Həsənquliyev deyib ki, gələn il Heydər Əliyevin anadan olmasının 95, Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135, Əbülfəz Elçibəyin anadan olmasının isə 80 illiyi qeyd olunacaq.
“Azərbaycanda universitetlərin sayı digər ölkələrlə müqayisədə 2,5 dəfə azdır. Eyni zamanda, ölkəmiz tələbə və alimlərin sayına görə də digər ölkələrdən geri qalır. Ona görə də hesab edirəm ki, təhsilin keyfiyyətini yüksəltməklə yanaşı, yeni universitetlər yaradılmalıdır.
Təklif edirəm ki, hər üç şəxsiyyətin adı ilə bağlı yeni universitetlər açılsın. Bununla, həm də onların ruhu şad olar.
Vaxtilə Heydər Əliyev Əbülfəz Elçibəyə ehtiramını bildirmək üçün onun dəfn mərasimində iştirak etdi, Elçibəy də ölkənin ən ağır günlərində Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməklə, ona olan tarixi münasibətini göstərdi. Odur ki, bu təklif reallaşdırılarsa, yaxşı olar".
Xəbəri paylaş
Digər xəbərlər
13-03-2019, 11:21
Sosial müavinətlər nə vaxtdan artımla veriləcək?
31-10-2018, 11:04
Elza: “Mən yaxşının pozğunuyam"
18-08-2016, 17:37
Rusiyadan Rövşən Lənkəranskinin ölümü ilə bağlı ilginc versiya
27-11-2018, 15:40
O qədər ürəkdən oxuyurdu ki, daxili orqanları tab gətirmirdi...
27-08-2015, 10:41
Cəbhədə gərnlik davam edir
27-05-2020, 13:58
ŞOK: Məhkəmə Zakir Qaralova cinayət işi açılması üçün vəsatəti qəbul etdi - SABİQ BAŞ PROKURORUN HƏBSİ TƏLƏB OLUNUR
25-09-2015, 12:34
Dəhşətli yol qəzası -Ölən var
18-08-2020, 11:10
“Təzə evi bəyənməyib, dar məzarı seçdin” – Nazilə Səfərli
7-01-2016, 21:28
Ağdaşda tələbə öz qohumunu güllələdi